Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində liderlərin zirvə görüşünə gələn nümayəndələri qarşılayıb. Ərdoğan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında salamlaşma gündəm olub.
Bu barədə Redaktor.az Türkiyə KİV-ə istinadən məlumat verir.
Fon der Lyayenin əlini sıxan Ərdoğan onu ingilis dilində salamlayıb.
"Good morning, maşallah. How are you? (Sabahınız xeyir, maşallah. Necəsiniz?)", - deyə Rəcəb Tayyib Ərdoğan Ursula fon der Lyayenin əhvalını soruşub.
Von der Lyayen gülümsəyərək Ərdoğana qarşılıq verib.
"Çox yaxşıyam",- deyə o bildirib.
Qısa söhbətdən sonra onlar şəkil çəkdiriblər.