Paşinyan və Pezeşkian Türkiyədə nə danışıb? - DETALLAR

Antalyada COP31 liderlərinin sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Bu barədə Ermənistan baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər Ermənistan-İran hökumətlərarası komissiyasının İrəvanda bu yaxınlarda keçirilmiş iclasında əldə olunmuş razılaşmaları və onların səmərəli icrasını vurğulayıblar.

Diplomatlar yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakterini vurğulayıb və onların müxtəlif istiqamətlərdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildiriblər.

Paşinyan və Pezeşkian həmçinin iki ölkə arasında əməkdaşlığa dair gündəlikdəki məsələləri müzakirə ediblər.