Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi

KTMT üzvü olan dövlətlər Ermənistanı təşkilatdakı səsvermə hüququndan məhrum ediblər.

Bu barədə prezidentin sözçüsü Dmitri Peskov bildirib.

Peskov "Yunashev Live" Telegram kanalına verdiyi şərhdə bildirib ki, Ermənistanın bir neçə ildir ki, təşkilatın nizamnaməsini rəhbər tutaraq öhdəliklərini yerinə yetirməməsi nəzərə alınaraq, təklif irəli sürülüb və onun səsvermə hüququndan məhrum edilməsi qərarı verilib.

Kreml rəsmisi bildirib ki, Ermənistanın KTMT-dəki səsvermə hüququndan məhrum edilməsi qərarı onun təşkilatdakı öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırılıb. I 9