Bakıdakı dəhşətli qəzanın ANBAAN VİDEOSU

Bu gün paytaxtın Nizami rayonu ərazisində - Babək prospekti üzərindəki körpüdə "BMW" markalı avtomobilin aşmasının görüntüləri yayılıb.

Qafqazinfo-ya istinadən, idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Banı üzərində yola düşən avtomobil yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.