Möhtərəm cənab Prezident!
Sizi 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə ən yüksək ehtiram və səmimi duyğularla təbrik edirəm.
Bu iki möhtəşəm tarix Azərbaycan xalqının milli yaddaşına qızıl hərflərlə yazılmış şanlı dövlətçilik salnaməmizin ən qürurlu səhifələrindəndir. Zəfərimiz xalqımızın sarsılmaz birliyinin, rəşadətli Ordumuzun qəhrəmanlığının, şəhidlərimizin müqəddəs amalının və Vətən sevgisinin təntənəsidir. Bu gün üçrəngli bayrağımızın azad Qarabağımızda vüqarla dalğalanması hər bir azərbaycanlının qəlbində sözlə ifadə olunmayacaq qədər böyük qürur hissi doğurur.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətimizin tərəqqisi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Arzum budur ki, Azərbaycanımızın adı daim qələbələrlə çəkilsin, dövlətimizin qüdrəti, xalqımızın birliyi və bayrağımızın əzəməti əbədi yaşasın.
Qoy Zəfərimiz tarixdən gələcəyə uzanan qürur dastanımız, üçrəngli bayrağımız isə müstəqilliyimizin heç vaxt sönməyən rəmzi olsun!
Dərin hörmət və ehtiramla,
Sunay Məmmədova
Azərbaycan Respublikası, Abşeron rayonu.