Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçirilən COP31 liderlər sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər bir neçə gün əvvəl İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar.
Həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirilib.
Paşinyan və Pezeşkian Ermənistanla İran arasında əməkdaşlığın inkişafı ilə bağlı digər məsələləri də müzakirə ediblər.