Azərbaycan iqtisadiyyatının 10 aylıq yekunları…

Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsul 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb, neft/qaz sektorunda 0,9 faiz tənəzzül, qeyri-neft/qaz sektorunda 2,9 faiz yüksəliş rəsmiləşib.

Sənayedə 0,7 faiz geriləmə, sərmayədə 9,7 faiz, kənd təsərrüfatında 1,4 faiz yüksəliş qeydə alındığı bildirilir.

Dövlət büdcəsinin 33 milyard 569,6 milyon manat gəlir əldə etdiyi, büdcədən 28 milyard 761,4 milyon manat xərcləndiyi vurğulanır, noyabrın 1-nə strateji valyuta ehtiyatları 88 milyard 550,6 milyon dollar, xarici dövlət borcu 4 milyard 481,2 milyon dollar göstərilir.

Əhalinin nominal gəlirlərinin 9,9 faiz, istehlak qiymətlərinin 5,6 faiz artdığı xəbər verilir.

Açıqlamaya əsasən, oktyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı bir il öncəyə nəzərən 7,8 faiz artımla 1172,7 manata çatıb.