"21 günlük minimum məzuniyyət müddəti pulla əvəz edilə bilməz" - Musa Quliyev

21 günlük minimum müddəti pulla əvəz edilə bilməz. Bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.

O bildirib ki, istifadə edilməyən məzuniyyət günləri sonradan mübahisə mövzusuna çevrilir. Müzakirəyə təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məsələnin sistemli şəkildə həllinə yönəlib.

Məzuniyyətin istifadə edilməyən hissəsi yalnız tərəflərin razılığı ilə növbəti ilin məzuniyyətinə birləşdirilə bilər.

“İstifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günləri üçün işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilir. Həmin günlər artıq itirilmir. İkinci vacib dəyişiklik ondan ibarətdir ki, məzuniyyətin qanunla müəyyən edilmiş 21 günlük minimum müddəti pulla əvəz edilə bilməz. Bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür. Başqa sözlə, işçinin istirahət hüququ pulla alınıb-satılan əmtəəyə çevrilmir, insanın sağlamlığı və ailəsi üçün vaxt qorunur. Əmək müqaviləsi ləğv edilərkən kompensasiya artıq yalnız əsas deyil, əlavə məzuniyyətlərə görə də ödənilrəcək. Eyni qaydalar gömrük, vergi və daxili işlər orqanlarında xidmət edən şəxslərə də şamil ediləcək”.