Hindistanın Assam ştatında sərnişin qatarının lokomotivi və altı vaqonu relsdən çıxıb. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb.
Bu barədə “The Times of India” nəşri məlumat yayıb.
Qəza yerli vaxtla saat 06:54-də Kamrup rayonunda, Diqaru dəmir yolu stansiyasının yaxınlığında baş verib.
İlkin məlumata görə, qatarın hərəkət sürətinə nəzarətin itirilməsi nəticəsində lokomotiv və altı vaqon relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Həlak olanların olub-olmadığı barədə hələlik dəqiq məlumat yoxdur. Bir neçə yaralı xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam edir.