Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.
Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Mənbə: oxu24.com/az/cemiyyet/176865/denizkenari-milli-parkda-komeksiz-veziyyetde-qalan-sexs-xilas-edilib