Dünyanın ən varlı ölkələrindən birinin əhalisi qənaət rejiminə keçdi

2026-cı ilin sentyabr ayında Yaponiya ev təsərrüfatlarının istehlak xərcləri təxminən 1800 dollar təşkil edib.

Bu barədə “Nikkei” yerli Daxili İşlər və Rabitə Nazirliyinin məlumatlarına istinad edib.

Əldə edilən rəqəm bir il əvvəlki göstəricidən 6,8 faiz aşağı olub. Bu, koronavirus pandemiyasından bəri illik müqayisədə ən böyük azalmadır.

Ərzaq qiymətlərinin artması bu mənfi tendensiyanın əsas səbəblərindən biri kimi göstərilir. Bundan əlavə, geyim xərcləri kəskin şəkildə azalıb.

Nazirlik qeyd edib ki, yavaş istehlak artımı Yaponiyanın iqtisadi artımının dayanıqlılığına təsir göstərəcək.