Rusiyanın iki “Banderol” (S8000) qanadlı raketi Moldovanın hava məkanına daxil olub.
Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
“İlk raket saat 06:04-də Odessa vilayətinin Yaski kəndindən Stefan-Vodski rayonunun Tudora kəndi istiqamətində dövlət sərhədini keçib və saat 06:09-da Odessa vilayətinin Starokazaçe kəndi istiqamətində milli hava məkanını tərk edib.
İkinci raket saat 06:06-da Odessa vilayətinin Limanskoye kəndindən Dnestryanı seqmentindəki Pervomaysk kəndi istiqamətində dövlət sərhədini keçib və saat 06:10-da Odessa vilayətinin Razdelnaya kəndi istiqamətində milli hava məkanını tərk edib”, - məlumatda deyilir.
Bildirilir ki, Hava Əməliyyatları Mərkəzi müvafiq orqanlar və tərəfdaşlarla əlaqələndirilmiş şəkildə hava məkanını izləməyə davam edir.