Şamaxı şəhərində vətəndaşın döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan müraciət polis tərəfindən araşdırılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı müvafiq qaydada qeydiyyat aparılıb, hadisənin bütün təfərrüatının, o cümlədən tərəflər arasında baş vermiş münaqişənin səbəblərinin və iştirakçıların hərəkətlərinin müəyyən edilməsi məqsədilə zəruri prosessual tədbirlər həyata keçirilir.
"Vətəndaşın bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırma zamanı hadisədə iştirak edən şəxslərin sərxoş vəziyyətdə avtomobil idarə etməsi və səsləndirilən digər iddialara da aydınlıq gətiriləcək", - deyə məlumatda bildirilir.