Ukrayna Novqorodda aviasiya zavodunu vurdu

Ukrayna silahlı qüvvələri dünən gecə Rusiyanın Novqorod vilayətinə hücum edib.

OSİNT kanalları əsas hədəfin bölgədə yerləşən 123-cü Təyyarə Təmiri Zavodu olduğunu bildirirlər.

Zavod Rusiya hərbi nəqliyyat təyyarələrinə, xüsusən də İl-76, İl-78 və L-410 təyyarələrinə xidmət göstərir.

Ukrayna silahlı qüvvələri daha əvvəl bu ilin mart ayında zavoda hücum edərək anqar və A-50 hava erkən xəbərdarlıq təyyarəsinə zərər vermişdi.