Avropa İttifaqı Ukrayna münaqişəsinin nizamlanması üçün xüsusi nümayəndə təyin etməlidir.
Bunu Macarıstanın Baş naziri Peter Madyar Almaniyaya səfəri zamanı deyib.
Baş nazir vurğulayıb ki, hazırda bu, Avropa ölkələri qarşısında duran ən vacib məsələlərdən biridir:
“Biz səylərimizi real və çox vacib problemlərin həllinə yönəltməliyik, məsələn, Avropa İttifaqının energetika sektorunda rəqabət qabiliyyətinə və əlbəttə ki, dörd ildən çoxdur davam edən Ukrayna və Rusiya arasındakı faciəvi müharibəyə. Bu müharibə ilə bağlı bizim üçün Avropa İttifaqı adından danışıqlar aparacaq birini təyin etmək son dərəcə vacibdir”.
P. Madyar hazırda Avropa İttifaqı daxilində parçalanma gördüyünü və bütün üzv dövlətlər adından xarici siyasət məsələləri üzrə dialoq apara biləcək vahid fiqurun olmadığını da qeyd edib.