Bu ilin yanvar-oktyabr aylarında Çinin xarici ticarət balansının müsbət saldosu 1,04 trilyon ABŞ dolları təşkil edib
Bu barədə ölkənin Baş Gömrük İdarəsi məluma yayıb.
Qeyd olunub ki, ixracın idxalı üstələməsi süni intellektlə bağlı məhsullara qlobal tələbatın artması ilə bağlıdır.
Təkcə oktyabrda Çinin ixracının dəyəri illik müqayisədə 35,2 % artaraq 412,3 milyard ABŞ dolları, idxalının dəyəri isə 41,6 % artaraq 307,1 milyard ABŞ dolları təşkil edib.
İxracın artmasının əsas hərəkətverici qüvvələri süni intellekt infrastrukturunun inkişafı üçün zəruri olan yarımkeçirici çiplər, məlumatların emalı mərkəzləri üçün serverlər və şəbəkə avadanlıqları olub.
Beləliklə, Çin ardıcıl olaraq ikinci ildir ki, ticarət balansının profisitində 1 trilyon ABŞ dolları həddini keçib. 2025-ci ildə bu göstərici rekord səviyyədə – 1,2 trilyon ABŞ dolları təşkil edib. Bu il müvafiq həddə bir ay tez çatılıb.