ABŞ Mərkəzi Komandanlığına tabe “Dəmir qapı” adlanan xüsusi əməliyyat qrupunun fəaliyyəti nə olacaq? ; Rusiya nəşrindən Azərbaycanla bağlı diqqətçəkən açıqlamalarVaşinqton İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi əməliyyat qrupu yaradıb. “Svobodnaya Pressa”ya istinadən, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupunun yaradılması barədə göstəriş verib.CENTCOM-un məlumatına görə, “Iron Gate” (“Dəmir qapı”) adlandırılan yeni struktur ABŞ-ın digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Onun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların və qanunsuz gəlirlərin daşınmasının qarşısını almaqdır. Qrupun fəaliyyətində ABŞ Maliyyə Nazirliyi, Dövlət Departamenti, Ədliyyə Nazirliyi və kəşfiyyat strukturlarının nümayəndələrinin də iştirak edəcəyi bildirilir.“Reuters” agentliyi qeyd edir ki, bu əməliyyat qrupunun yaradılması ABŞ-ın İrana təzyiqi gücləndirmək üçün yeni yollar axtardığını göstərir.«Железные ворота» на Каспии: CENTCOM поручили взять под прицел Махачкалу, Дербент и АстраханьRusiyalı ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) İqtisadiyyat fakültəsinin müəllimi və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti Fərhad İbrahimov hesab edir ki, Vaşinqton İranı hərbi yolla istədiyi nəticəyə gətirə bilmədiyindən bu dəfə onun iqtisadi və logistika imkanlarını məhdudlaşdırmağa çalışır. Ekspertin fikrincə, ABŞ-ın məqsədi İranın beynəlxalq nəqliyyat marşrutlarını nəzarətə götürmək və ölkənin xarici ticarət əlaqələrini zəiflətməkdir. Bu strategiyanın hazırlanmasında ABŞ-ın maliyyə naziri Skott Bessentin də mühüm rol oynadığını deyən ekspert hesab edir ki, Vaşinqton İranın iqtisadiyyatına təzyiq göstərməklə Tehranın güzəştə getməsinə nail olmaq istəyir.Ekspertin diqqət çəkdiyi əsas məqam ABŞ-ın yeni əməliyyat qrupunun fəaliyyət dairəsinə Xəzər dənizinin daxil edilməsidir. “Svobodnaya Pressa”nın Xəzər dənizində qeyri-sahil dövlətlərinin hərbi qüvvələrinin mövcudluğunun qadağan edildiyi və təhlükəsizlik məsələlərinin sahilyanı ölkələrin müstəsna səlahiyyətinə aid olduğu barədə sualını cavablandıran ekspert bildirib ki, Vaşinqtonun bu addımı təkcə İrana deyil, həm də Xəzəryani dövlət olan Rusiyanın regional maraqlarına yönəlmiş çağırışdır.Xəzər dənizinin hüquqi statusu — VikipediyaO xatırladıb ki, Xəzər dənizinin sahilində beş dövlət yerləşir: Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan. 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əsasən, Xəzərdə sahilyanı olmayan dövlətlərin silahlı qüvvələrinin iştirakı qadağandır, təhlükəsizlik məsələləri isə beş sahilyanı dövlətin səlahiyyətindədir. F.İbrahimovun fikrincə, ABŞ bununla Rusiya və İranın Xəzər hövzəsindəki maraqlarına təsir göstərmək, Moskvanın Tehranla əməkdaşlığını məhdudlaşdırmaq istəyir.“Onlar demək istəyirlər: siz İranla münasibətləri inkişaf etdirmək istəyirsiniz, biz isə milli maraqlarınız zonasını hədəfə alacağıq”, – deyə ekspert bildirib.Onun sözlərinə görə, ABŞ-da Tramp administrasiyasının ətrafında Rusiyaya münasibətdə fərqli mövqelərə malik qruplar mövcuddur. Bir qrup Moskva ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğu halda, digər qüvvələr Rusiya ilə güc dili ilə danışmağın mümkünlüyünü düşünür. F.İbrahimov hesab edir ki, “Iron Gate” əməliyyat qrupunun yaradılması həm İranın, həm də Rusiyanın Xəzər regionundakı mövqelərinə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər. O, bu addımın Moskvanın Tehranla münasibətlərini inkişaf etdirməsi fonunda atılmasına xüsusi diqqət çəkib.Ekspert həmçinin qeyd edib ki, İrana qarşı təzyiq və Xəzər hövzəsində fəallığın artırılması barədə açıqlama İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Moskvaya səfərindən və Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra səsləndirilib. Görüş zamanı iki ölkə arasında münasibətlərin və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilmişdi.Azərbaycanın mövqeyinə gəlincə, “Svobodnaya Pressa”nın Xəzəryanı digər dövlətlərin bu məsələyə münasibəti barədə sualını cavablandıran ekspert bildirib ki, Qazaxıstanın, xüsusilə də, gərginliyin azaldılmasına və sülhə çağırış etməsi gözləniləndir. Ekspert Azərbaycanın isə daha ehtiyatlı mövqe tutmağa çalışacağını düşünür. Onun sözlərinə görə, Bakı ilə Donald Tramp arasında münasibətlər hazırda normal mərhələdədir və Azərbaycan bu amili nəzərə alacaq. Bununla belə, ekspert iddia edir ki, Vaşinqton Xəzəryanı dövlətlərin mövqeyini ciddi şəkildə nəzərə almağa meyilli deyil. O, ABŞ-ın İranla bağlı siyasətində regional təhlükəsizlik risklərinin, o cümlədən Xəzər hövzəsində yarana biləcək fəsadların lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.Ekspertin qənaətinə görə, İranla qarşıdurmanın genişlənməsi təkcə Tehran və Moskvanın deyil, bütün Xəzəryanı dövlətlərin maraqlarına toxuna biləcək nəticələr doğura bilər.Musavat.com
Bu gün
502 xəbər bu gün
“Beatles” qrupunun üzvü Pol Makkartninin sərvəti bir milyard dolları ötərək təxminən 1,4 milyard dollara çatıb. Bununla da o, dünyanın ən varlı üç musiqiçisindən birinə çevrilib. Bu barədə “Forbes” jurnalı məlumat yayıb…
Bu ilin yanvar-oktyabr aylarında Çinin xarici ticarət balansının müsbət saldosu 1,04 trilyon ABŞ dolları təşkil edib Bu barədə ölkənin Baş Gömrük İdarəsi məluma yayıb. Qeyd olunub ki, ixracın idxalı üstələməsi süni…
Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin büdcə gəlirlərinə nisbətinin yuxarı həddinin 5 %-dən 7 %-ə çatdırılması nəzərdə tutulur. Bu, “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun…
Çərşənbə axşamı, noyabrın 10-da Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, ABŞ-nin S&P 500 indeksinin fyuçersləri 2,5% bahalaşaraq 7686,25 bəndə yüksəlib. Bazar ertəsi S&P 500 indeksi 2,34% artaraq 7552,77 bəndə…
İngiltərədə yaşayan 56 yaşlı Devid Körtisin həyat yoldaşından gizlətdiyi ikinci evliliyi məhkəməlik olub. Xarici KİV-ə istinadən, müqavilələr üzrə menecer işləyən Körtis 2025-ci ilin aprelində 16 illik həyat yoldaşı…
Şamaxı şəhərində vətəndaşın döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan müraciət polis tərəfindən araşdırılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq…
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb. Modern.az həmin paylaşımı təqdim edir: Türkiyə-Azərbaycan birliyi əbədidir! //t.co/EO7CqBBmQg — İlham…
2027-ci ilin dövlət büdcəsi layihəsində şəhər və rayonlara dotasiya ayrılmasının nəzərdə tutulmaması onların bütün xərclərini öz gəlirləri hesabına qarşılayacağı demək deyil. Təhsil, səhiyyə və iri infrastruktur…
Sumqayıtda keçmiş 35 saylı peşə məktəbinin binasında yaşayan sakinlər binanın söküləcəyi barədə məlumatlandırıldıqlarını, lakin köçürülmə məsələsinə aydınlıq gətirilmədiyini bildirirlər. Bu barədə “Xəzər TV”nin…
Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən ediləcək. Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh…
17 yaşadək futbolçulardan ibarət millimizin 2026/27 mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda iştirak edəcək heyəti müəyyənləşib. "Football-plus.az" xəbər verir ki, 21 futbolçudan ibarət…
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax”…
ABŞ Mərkəzi Komandanlığına tabe “Dəmir qapı” adlanan xüsusi əməliyyat qrupunun fəaliyyəti nə olacaq? ; Rusiya nəşrindən Azərbaycanla bağlı diqqətçəkən açıqlamalarVaşinqton İranın quru sərhədləri və Xəzər dənizi…
Rusiyanın Tomsk vilayətində ayıların sayının tənzimlənməsi çərçivəsində ovçular 115 heyvanı ovlayıblar. Bu barədə TASS-a vilayət Ovçuluq və Balıqçılıq İdarəsi rəisinin müavini Aleksandr Şlapakov məlumat verib.Onun…
Göyərtəsində altı xarici vətəndaşın olduğu özəl təyyarə Filippinin cənubunda qəzaya uğrayıb. "Reuters"ə istinadən, bu barədə yerli fövqəladə hallar idarəsinin nümayəndəsi Comar Kalyedo bildirib. Onun sözlərinə görə…
"İpək Yolu Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 743 min manat xalis mənfəətlə başa vurub. Şirkətin maliyyə hesabatına istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,9 % çoxdur. 9 ayda "İpək Yolu…
Kambocanın Kandal əyalətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BELTEI məktəbinin beş şagirdi ölüb, daha ikisi isə yaralanıb. Bu barədə yerli KİV məlumat yayıb. İlkin məlumatlara görə, valideynlər tərəfindən…
"Milan" klubu futbolçusu Yunus Musanın müqaviləsinin müddətini uzatmaq niyyətindədir. "Calciomercato" nəşrinə istinadən, İtaliya təmsilçisi yeni sözləşmə ilə bağlı ilk addımları atıb. Klub rəsmiləri oyunçunun…
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 6,1 % azalaraq 100,9 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə…
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb. Paylaşımda deyilir: "Türkiyə-Azərbaycan birliyi əbədidir!".
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.
"Azeri Light" markalı neft ucuzlaşıb.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 6,1 % azalaraq 100,9 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə…
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) “Nvidia” şirkətinin baş direktoru Censen Huanqla bağlı yaranmış qalmaqalın bəzi aspektlərini araşdırdığını bildirib. Tramp bu barədə Ağ Evdə keçirdiyi…
Dünya bazarlarında neftin qiymətində eniş davam edib. ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 0,94 ABŞ dolları və ya 1,02% azalaraq bir barel üçün 91,63 ABŞ dolları təşkil…
Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycanın Suriyadakı səfirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsmi qəbul keçirilib. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda təhsil almış suriyalı məzunlar, dövlət…
Следствие продлили из-за ожидания результатов психиатрической экспертизы.
В акватории Черного моря у берегов Одессы был поражен сухогруз.
Министерство иностранных дел Азербайджана сделало публикацию в связи с днем памяти основателя Турецкой Республики Мустафы Кемаля Ататюрка. «Сегодня годовщина кончины основателя Турецкой Республики, выдающегося…
Премьер-министр Израиля Биньямин Нетаньяху каждый день звонит президенту США Дональду Трампу, пытаясь убедить его возобновить военную операцию против Ирана, пишет Financial Times. «Нетаньяху звонит ему...
В Азербайджане вводится дополнительный критерий оценки кредитов, выданных компаниям и индивидуальным предпринимателям, которые занимаются продажей товаров в рассрочку.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib. Paylaşımda qeyd olunub: "Türkiyə-Azərbaycan birliyi əbədidir!"
Чтобы ускорить и улучшить старый смартфон, можно заменить его аккумулятор. Об этом сообщает издание How-To Geek, передает Day.Az со ссылкой на Lenta.ru. По словам журналистов портала, быстродействие телефона во многом…
Fransanın məşhur idmançılarından biri, beşqat olimpiya çempionu cüdoçu Teddy Riner gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını elan edib.
Ожидается, что представители четырех европейских стран будут присутствовать в кулуарах трехсторонних переговоров между США, Россией и Украиной, которые пройдут 10-11 ноября в Абу-Даби. Как передает Day.Az, информацию об…
Tüləkəran kəndi
ABŞ rəsmisi
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb. Paylaşımda deyilir:"Türkiyə-Azərbaycan birliyi əbədidir!".
Xətsiz yol sürücülər üçün təhlükə yaradır. Xəzər TV-yə istinadən, son iki-üç gündür Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində dumanlı hava şəraiti...
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb.
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı yolu keçən zaman yeniyetməni avtomobil vuraraq öldürüb. Onun 10-cu sinif şagirdi olduğu bildirilir. Faktla bağlı araşdırma…
ABŞ-ın Kaliforniya ştatında nar şirəsi istehsal edən “POM Wonderful” şirkətinin zavodunda kimyəvi sızma baş verib. Xarici mətbuata istinadən, hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. Şirkətin məlumatına…
Ukrayna silahlı qüvvələri dünən gecə Rusiyanın Novqorod vilayətinə hücum edib. OSİNT kanalları əsas hədəfin bölgədə yerləşən 123-cü Təyyarə Təmiri Zavodu olduğunu bildirirlər. Zavod Rusiya hərbi nəqliyyat təyyarələrinə…
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib. Paylaşımda qeyd olunub…