17 yaşadək futbolçulardan ibarət millimizin 2026/27 mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda iştirak edəcək heyəti müəyyənləşib.
21 futbolçudan ibarət komandamız noyabrın 9-dan 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq.
Millimizin heyəti:
Oqtay Mehrəliyev (klubsuz), Bilal Hacıyev (“Qarabağ”), Ülvi Abbaslı (“Sumqayıt”), Vaqif Nəbiyev (“Qarabağ”), Cihad Sadıqov (“Sabah”), Ruslan Quliyev (“Neftçi”), Turan Ramazanv (“Turan Tovuz”), Emil Quliyev (“Neftçi”), Tunar Bayramov (“Qarabağ”), Vaqif Məmmədli (“Sabah”), Nicat Əhmədzadə (“Marcet”, İspaniya), Əhəd Hacızadə (“Qarabağ”), Yusif Orucəliyev (“Qarabağ”), Şikar Şikar (“Neftçi”), Tunar Əsgərzadə (“Qarabağ”), Rəsul Balakişiyev (“İmişli”), Sübhan Əlizadə (“Neftçi”), Qafar Babayev (“Neftçi”), Nazim Əliyev (“Qrafiçar”, Serbiya), Yusif Quliyev (“Qarabağ”), Daniil Rəcəbov (“Qarabağ”).
Yığma seçmə mərhələ çərçivəsində noyabrın 11-də Bakı vaxtı ilə saat 14.00-da Almaniya, noyabrın 14-də saat 19.30-da Şimali İrlandiya, noyabrın 17-də saat 14.00-da isə Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.