Ukrayna münaqişəsinin həlli üzrə Əbu-Dabidə danışıqların başlama vaxtı açıqlanıb.
Xarici KİV-ə istinadən, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlar noyabrın 10-da, yerli vaxtla saat 11:50-də (Moskva vaxtı ilə 10:50) başlayacaq.
Qeyd edək ki, Əbu-Dabidə keçiriləcək danışıqlar Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli formatda təşkil olunur.
Görüşdə əsas məqsəd Rusiya-Ukrayna müharibəsinin dayandırılması, atəşkəs imkanlarının müzakirəsi və münaqişənin siyasi yolla həlli istiqamətində razılığa gəlməkdir.
Danışıqların ABŞ-ın vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur. Görüşdə ölkə prezidentləri deyil, onların nümayəndə heyətləri iştirak edəcək.