Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda nadir metallar mövzusunu müzakirə etməyəcəklər.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI telekanalına açıqlamasında bildirib.
O, jurnalistin müvafiq sualına qısaca "Xeyr" cavabını verib.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair üçtərəfli danışıqlar noyabrın 10-11-nə planlaşdırılıb və Əbu-Dabi şəhərində baş tutacaq.