Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib.

Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan” klubunun üzvü Ağadadaş Salyanski milliyə dəvət olunub.