Ermənistanın Baş naziri Paşinyan İrəvanda İranın vitse-prezidenti Purmühəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər Ermənistan–İran sərhədində infrastrukturun inkişafını, yol tikintisi üzrə birgə proqramları, həmçinin energetika və kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bundan başqa, regional kommunikasiyaların blokdan çıxarılması prosesləri və bunun nəticəsində yaranan imkanlar barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Purmühəmmədi Ermənistanın vitse-premyeri Qriqoryanla da görüşüb. Görüşdə iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin inkişafı məsələləri müzakirə olunub.