Trampdan İraqın Baş nazirinə İranla bağlı təklif

ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydiyə Vaşinqton və Tehran arasında vasitəçilik etməyi təklif edib.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, əz-Zeydi Trampla telefon danışığı zamanı İranla dialoqa dair bir sıra təşəbbüslər irəli sürüb. ABŞ Prezidenti bu təkliflərlə razılaşaraq İraqın Baş nazirindən danışıqlar prosesinə qoşulmasını istəyib.

Məlumata görə, bundan sonra əz-Zeydinin rəhbərlik etdiyi nümayəndə heyəti gizli şəkildə Tehrana səfər edib.