Balıq mövsümünün başlaması ilə süfrələrin vazkeçilməz nemətlərindən olan skumbriya balığı ilə bağlı xəbərdarlıq edilib.
Xarici mediaya istinadən, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) açıqladığı siyahıda yüksək civə tərkibinə malik balıqlar arasında kral skumbriyası da yer alıb. Bununla belə, mütəxəssislər bütün skumbriya növlərinin eyni risk daşıımadığını, Atlantik və Sakit okean skumbriyasının daha az civə ehtiva edən balıqlar sırasında olduğunu bildiriblər.
Məlumata görə, FDA yüksək civə səviyyəsinə görə kral skumbriyası ilə yanaşı, qılınc balığı, köpəkbalığı, marlin, Meksika körfəzində ovlanan tilefiş və iri gözlü ton balığının istehlakından çəkinməyi tövsiyə edir. Xüsusilə balıq seçərkən növünə diqqət yetirilməsinin vacib olduğu vurğulanır.
Qeyd edək ki, skumbriya sentyabr-yanvar ayları arasında, xüsusilə də payız və qış mövsümündə daha çox istehlak olunur.