Məşhur aktyor 10 il 6 ay müddətinə həbs edildi

Məşhur aktyor Rassel Brend pərəstişkarını zorladığına və daha üç qadına qarşı seksual zorakılıq törətdiyinə görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Londonun Sautuark Kral Məhkəməsində hökm elan edilərkən aktyor “amansız və manipulyativ seksual yırtıcı” kimi xarakterizə olunub.

Bununla yanaşı, Brend daha iki zorlama və bir seksual xarakterli zorakılıq ittihamından bəraət alıb.

Məhkumluq hökmündən sonra London polisi aktyorun daha iki zorlama ittihamı üzrə də araşdırıldığını açıqlayıb.

Qeyd edək ki, noyabrın 5-də hakimlər müğənni Keti Perrinin keçmiş həyat yoldaşı olan Brendi 2009-cu ildə 21 yaşlı pərəstişkarını zorlamada təqsirli bilib.

O, həmçinin həmin il “Channel 4” telekanalının əməkdaşına qarşı seksual zorakılıqda, 2005-ci ildə “Radio Capital” əməkdaşına, 2004-cü ildə isə “MTV” əməkdaşına qarşı seksual xarakterli arzuolunmaz davranışlarda təqsirli bilinib.

Aktyorun cəzasının müəyyənləşdirilməsi ilə bağlı məhkəmə prosesi noyabrın 9-da başlayıb.