“Hər zaman deyirəm ki, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox-çox fövqündədir”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. İnşallah, Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur", - Türkiyə lideri vurğulayıb.