Rusiyanın Minusinsk şəhərində ov zamanı 23 yaşlı şəxs yaralanıb.
Kavkazskoye kəndinin üç sakini ova çıxıb və toplanış yerinə çatdıqdan sonra üç müxtəlif istiqamətə dağılıblar.
71 yaşlı ovçu 58 yaşlı yoldaşının bir neçə dəfə atəş açdığını eşidib və onun tərəfinə tülkünün qaçdığını düşünüb.
Kişi ehtimal olunan heyvana doğru atəş açmağa başlayıb, lakin digər yoldaşını vurub.
Zərərçəkən ayağından xəsarət alıb. Ovçular yaralını xəstəxanaya çatdırıblar və ona ilkin tibbi yardım göstərilib.
Baş verən faktla bağlı ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi üzrə cinayət işi açılıb.