“Crescent Mall”da dəhşətli pis qoxu hiss olunub

“Crescent Mall”da texniki nasazlıq baş verib.

Ticarət mərkəzi bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, yaranmış texniki problem səbəbindən ticarət mərkəzinin bəzi hissələrində müvəqqəti olaraq qoxu hiss olunub: “Problem tam şəkildə aradan qaldırılıb. Hazırda “mall”un havalandırma sistemi maksimum rejimdə çalışdırılaraq daxili mühitin normal vəziyyətə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir”.