Ərdoğan Azərbaycana gələcək

"Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunur. Mən də fövqəladə bir vəziyyət baş verməsə, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm".

Türkiyə KİV-ə istinadən, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib:

"İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanımız olar. Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarımız olub. Əlbəttə, bu arada həm kəşfiyyat rəisini, həm də xarici işlər nazirimi Azərbaycana göndərdim. Bununla yanaşı bu arada istər İlham Əliyevlə, istərsə də yoldaşlarımız arasında telefon diplomatiyası həyata keçirilib, həyata keçirilir.

Noyabrın 8-dəki Zəfər Gününə onlar da çox önəm verirlər. Hər zaman deyirəm, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur".

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlama verib.

"8 noyabrda Azərbaycanın Zəfər Günü var. Mən də, gözlənilməz bir şey olmasa 8 Noyabr günü Azərbaycana bir səfər etməyi düşünürəm. İnşallah bu səfər münasibətilə də lazımi addımları atmaq imkanımız olar", - Ərdoğan deyib.