"COP tədbirində iştirak etmək məqsədilə Antalyaya getmək planlarım var".
Moderator.az-ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 5-də baş tutan hökumət iclasından sonra təşkil olunmuş brifinqdə deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə növbəti Konfransı (COP31) 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək. Həmin tədbir çərçivəsində noyabrın 11-12-də dünya liderlərinin sammitinin baş tutması planlaşdırılır.