Türkiyə Parlamenti Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin müzakirəsi və təsdiqlənməsi prosesinə başlayıb.
Bu barədə Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Sazişin təsdiqlənməsi ilə bağlı qanun layihəsinin birinci maddəsi artıq Parlamentin plenar iclasında qəbul edilib.
Müqavilə üç ölkə arasında kollektiv müdafiə mexanizmlərinin yaradılmasını, hərbi əməkdaşlığın dərinləşdirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsini və müdafiə sənayesində birgə proqramların həyata keçirilməsini nəzərdə tutur. Sənəd 7 avqust 2026-cı ildə Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Saziş 21 oktyabrda Türkiyə parlamentinə təqdim edilib və 27 oktyabrda Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilib./İqtisadiyyat.az