Avropa İttifaqı (Aİ) Gürcüstan hakimiyyətinə qarşı yeni məhdudlaşdırıcı tədbirləri müzakirə etməyə hazırlaşır. Hətta ölkənin bütün vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin ləğvi də gündəmə gələ bilər.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Aİ 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirləri müzakirə etməyi planlaşdırır. Avropa Komissiyası isə vizasız rejimlə bağlı məhdudiyyətlərin bütün Gürcüstan vətəndaşlarına şamil olunması ehtimalı barədə xəbərdarlıq edib.
Kallas bildirib ki, hazırda bütün variantlar nəzərdən keçirilir. O, Gürcüstan hakimiyyətinin demokratik prinsiplərdən geri çəkildiyini iddia edib və Brüssel-Tbilisi münasibətlərinin əks istiqamətlərdə inkişaf etdiyini vurğulayıb.