Türkiyənin tanınmış müğənnisi Sinan Özən Tokatdan İstanbula qayıdarkən yol-nəqliyyat hadisəsi keçirib.
Məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, sənətçi Tokat şəhərində baş tutan konsert proqramından sonra evinə dönən zamanı avtomobili digər bir avtomobillə toqquşub.
Nəqliyyat vasitəsində onunla birlikdə həm də meneceri kimi çalışan qardaşı Hızır Özən də olub.
Hadisədən sonra H.Özən zərər görmüş avtomobillərin fotolarını sosial şəbəkə hesabında paylaşaraq hər ikisinin vəziyyətinin yaxşı olduğunu və xəsarət almadıqlarını bildirib.