London, 4 noyabr, AZƏRTACAzərbaycan-Britaniya münasibətləri özünün ən güclü dövrünü yaşayır.AZƏRTAC xəbər verir ki, bu fikir Londonda keçirilən İkinci Azərbaycan-Britaniya Siyasət Forumunda səslənib. Britaniyadan və Azərbaycandan 70-ə yaxın diplomatı, ictimaiyyət nümayəndəsini, biznes nümayəndələrini bir araya toplayan Forumun açılış sessiyasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən, Britaniya parlamentinin Lordlar Palatasının üzvü, hazırkı Leyborist hökumətində keçmiş nazir Lord Vajid Xan, bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Həmçinin Britaniyanın Bakıdakı səfiri Norman Dunkan tədbir iştirakçılarına videomüraciət edib.Səfir Elin Süleymanov bildirib ki, Azərbaycan və Britaniya münasibətləri zamanın sınağından keçib. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarı da mövcud etibarlı tərəfdaşlığın məntiqi davamıdır. Britaniyanın Azərbaycandakı səfiri Norman Dunkan tədbir iştirakçılarına göndərdiyi videomesajda Forumun olduqca əhəmiyyətli bir vaxtda – Azərbaycan və Britaniya arasında strateji tərəfdaşlığın sürətlə inkişaf etdiyi və iki ölkə arasında müxtəlif sahələr üzrə daha dərin əməkdaşlığa imkan yaratdığı bir vaxtda keçirilməsinin önəminə diqqət çəkib. Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən Azərbaycana səfərlərini yada salıb. 2023-cü ildə ölkəmizə baş tutan səfəri zamanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olmaq imkanının yarandığını deyib. Bu xüsusda o, Britaniyanı Azərbaycanda mina fəaliyyətinə dəstək verməyə davam etməyə səsləyib.Hakim Leyboristlər partiyasından Britaniya parlamentinin Lordlar Palatasının üzvü, həmçinin parlamentdə Azərbaycan üzrə Qrupun üzvü Lord Vajid Xan Azərbaycanla bağlı müşahidə etdiyi ən vacib məqamın Azərbaycanın öhdəsinə götürdüyü bütün vədləri yerinə yetirməsinin olduğunu deyib. O, dünyanın yaşıl keçiddən danışdığı dövrdə Azərbaycanın bu xüsusda konkret addımlar atdığını, layihələr həyata keçirdiyini, COP29 tədbirini uğurla təşkil etdiyini söyləyib. bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iki ölkə arasında ənənəvi və alternativ enerji sahəsində həyata keçirilən layihələrdən bəhs edərək, Azərbaycan-Britaniya münasibətlərinin son üç onillikdən uzun bir müddətdə dəyişən reallıqlar fonunda uğurla təkamül etdiyini vurğulayıb. Açılış sessiyasından sonra tədbir panel müzakirələr formatında davam edib. Regional təhlükəsizlik kontekstində ikitərəfli münasibətlərə həsr olunan birinci panelə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Panel iclasda müvafiq geosiyasi reallıqların, kritik minerallarla bağlı ehtiyacların, Mərkəzi Asiya və Azərbaycanı birləşdirən C6 formatında əməkdaşlığın, Orta Dəhlizin, müdafiə və təhlükəsizlik mühitinin Azərbaycan-Britaniya münasibətlərini necə şəkilləndirdiyi müzakirə edilib. XLinks, Yaşıl Enerji Dəhlizi Şirkəti (GECO), Yaşıl Dəhliz Alyansının mütəxəssislərinin iştirakı ilə keçirilən Forumun ikinci paneli isə Azərbaycan və Britaniya arasında enerji əməkdaşlığının təkamülü – regional interkonnektor təşəbbüslərinin müzakirəsinə həsr olunub.Tədbirin bağlanış hissəsində Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova çıxış edərək Forumun iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinə nəzər salan əlverişli platforma təşkil etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün qarşılıqlı imkan və marağın mövcud olması Forum iştirakçılarının yekdil mövqeyidir. Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London
Bu gün
3818 xəbər bu gün
Müxalif “Güclü Ermənistan” blokunun lideri ermənistanlı iş adamı Samvel Karapetyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət yaxın bir saat ərzində məhkəməyə təqdim olunacaq. Bu barədə “Hetq” nəşri…
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır. Bunu universitetin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib. Rektor qeyd edib ki, SDU klassik dövlət…
Vladimir Putin
TƏBİB
Qarabağ Universiteti
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır. Bunu universitetin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib.Rektor qeyd edib ki, SDU klassik dövlət…
Pakistan ordusu ölkənin ilk yerli istehsal hava-hava raketi olan “Faaz”ın uğurla sınaqdan keçirildiyini açıqlayıb. Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. “Faaz” raketinin…
Турция отвергла критику Еврокомиссии в свой адрес, назвав оценки политической ситуации, судебной системы и соблюдения основных прав в стране предвзятыми и несправедливыми. Об этом говорится...
Генеральный директор Организации исламского мира по вопросам образования, науки и культуры (ИСЕСКО) Салим бен Мухаммед аль-Малик поздравил президента Азербайджана Ильхама Алиева с Днем Победы, отметив...
2027-ci il dövlət büdcəsinin investisiya xərcləri üçün 5.3 milyard manat vəsait proqnozlaşdırılır.
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır.
Məhkəmə çəkişmələrində aylarla mübarizə apararaq xeyrinizə qərar əldə etmək hələ problemin tam həlli demək deyil. Təcrübədə qarşı tərəfin məhkəmə tərəfindən müəyyən edilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması…
Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Bu sözləri…
Xəbər verdiyimiz kimi, Göyçayda yol qəzası olub. Sfera.az bildirir ki, hadisə səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni…
“ƏDV məsələsi bir qədər mürəkkəbdir. Əgər söhbət rüblük hesabatlılığa keçiddən gedirsə, bu, ölkədə bütün ƏDV hesabatlılığının da rüblük sistemə keçirilməsi deməkdir”. Bunu maliyyə naziri Sahil Babayev deyib. Nazir…
Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün çox böyük təcrübədir.
Azərbaycan qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü bir idman mərkəzi kimi tanınır.
Ermənistan sərhədini qanunsuz keçən Azərbaycan əsgəri Nəsimi Musayev dindirilib. Bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan məlumat verib. Poqosyan Nəsimi Musayevin hadisənin səbəbləri barədə…
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır. Bunu universitetin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib. Rektor qeyd edib ki, SDU klassik dövlət…
Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları təhlükəsizlik məsələlərinə və təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. Görüş qapalı qapılar arxasında baş tutacaq. "İnterfaks"a istinadən, bu barədə…
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və…
Фонд возрождения Карабаха поддержит создание центральных парков в Агдаме, Физули и Ханкенди. Как передает Day.Az, об этом Trend заявил председатель правления Фонда возрождения Карабаха Рахман Гаджиев в кулуарах…
Süni intellekt texnologiyasının nəzarətsiz inkişafı bəşəriyyət üçün ciddi təhdidlər yarada bilər. Bunu Nobel mükafatı laureatı, kompüter alimi Geoffrey Hinton "The Guardian" qəzetinə açıqlamasında bildirib.
Утверждены тарифы на услуги по доставке корреспонденции, оказываемые Государственной службой специальной связи и информационной безопасности Азербайджана внебюджетным организациям. Как передает Day.Az, соответствующее…
В 2027 году расходы Азербайджана, связанные с международными отношениями, иностранной помощью и содержанием торговых представителей за рубежом, прогнозируются в размере 569,5 миллиона манатов. Как передает Day.Az, об…
Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü bir idman mərkəzi kimi tanınır
Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin həyat və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib
Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü ilə bağlı mərasim keçirilib
Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi keçirilib
Son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb. 2026-cı il oktyabrın 11-də Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər…
Süni intellekt texnologiyasının nəzarətsiz inkişafı bəşəriyyət üçün ciddi təhdidlər yarada bilər. Bunu Nobel mükafatı laureatı, kompüter alimi Geoffrey Hinton “The Guardian” qəzetinə…
Bakı, 4 noyabr, AZƏRTAC Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının…
Bakı, 4 noyabr, AZƏRTAC Daşkənd Oriental Universitetində yazıçı Güllü Məmmədovanın “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” adlı tarixi-sənədli romanının özbək dilində nəşrinin təqdimat mərasimi…
Bakı, 4 noyabr, AZƏRTAC Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu tarixi gələcək nəsillərə ötürməlidirlər. Bu fikirləri AZƏRTAC-a…
Gələn il Azərbaycanda təbii qaz hasilatının cari ilin proqnozu ilə müqayisədə 239,2 milyon kubmetr, yəni 1,5 % yüksələrək 16,3 milyard kubmetrə çatacağı nəzərdə tutulur.
“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb. Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gəlib. Görüş Norveç təmsilçisinin 5:0 hesablı…
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud parlamentdə daimi yaşayış icazəsinin (ILR) alınması ilə bağlı yeni qaydaları açıqlayıb. Yeni şərtlərə əsasən, bəzi miqrant kateqoriyaları üçün gözləmə müddəti 30 ilə…
Türkiyənin TÜBİTAK UZAY qurumu tərəfindən hazırlanan GEZGİN-1 peykinin 2028-ci ilin son rübündə kosmosa buraxılması planlaşdırılır. Peyk yüksək ayırdetmə qabiliyyətinə malik çoxzolaqlı görüntüləmə və süni intellekt…
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Qafqazinfo-ya istinadən, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Laçın şəhər sakini, 1998-ci il təvəllüdlü Təbriz…
Bakının Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasına yeni baş həkim təyin olunub. Ölkə.az-a istinadən, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur…
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X–XI siniflərdə geyim qaydalarına əməl etməyən və dərslərdə iştirak etməyən şagirdlərə attestat verilməyəcəyini bildirib. Bu açıqlama bir sıra suallar doğurur. Mövzu ilə…
Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 2027-ci ilin dövlət büdcəsində 102 milyon 300 min manat məbləğində subsidiya nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 2…
ABŞ-də keçirilən seçkilərdə respublikaçıların ciddi məğlubiyyətə uğraması ölkənin biznes və maliyyə dairələrində də narahatlıq yaradıb. Həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğun demokratlara keçməsi…
Büdcə
Qələmzər Tağıyeva
Hər tirajda 7 ədəd iPhone 17 Pro smartfonu və 1 ədəd Toyota Corolla Cross avtomobili oynanılıb. iPhone telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar arasından, avtomobilin qalibi isə həftə…
AFFA İntizam Komitəsi ölkə kubokunun “Səbail” – “Zirə” oyunu ilə bağlı verdiyi qərarda bütün günahı Samuel Nonqohun üzərinə yıxdı. Çox güman, bir də hakim Səbuhi Bayramov uzun müddətə cəzalanacaq. Bununla da Azərbaycan…