Göyçayda baş verən qəzanın VİDEOSU

Xəbər verdiyimiz kimi, Göyçayda yol qəzası olub.

Sfera.az bildirir ki, hadisə səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, elektrik dirəyinin zədələnməsi səbəbindən 10-a yaxın kəndin elektrik enerjisi təchizatı dayanıb. Bir müddət sonra isə kəsilən elektrik enerjisinin verilişi bərpa olunub.

Hadisənin videosunu təqdim edirik: