Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Qafqazinfo-ya istinadən, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Laçın şəhər sakini, 1998-ci il təvəllüdlü Təbriz Muradlının idarə etdiyi “Toyoto Corolla” markalı avtomobil idarəetmədən çıxaraq rayonun giriş hissəsində, yol kənarında “Ucar rayonu” yazılmış lövhəyə çırpılıb.
Nəticədə xəsarət alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.