Trampın məğlubiyyəti onu da "vurdu"

ABŞ-də keçirilən seçkilərdə respublikaçıların ciddi məğlubiyyətə uğraması ölkənin biznes və maliyyə dairələrində də narahatlıq yaradıb. Həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğun demokratlara keçməsi respublikaçılara böyük maliyyə dəstəyi göstərən İlon Maskın planlarına da təsir edə bilər.

Seçki kampaniyasında respublikaçılara 460 milyon dollar xərcləyən Mask siyasi nəticələrdən təsirlənən əsas iş adamlarından biri hesab olunur.

Məlumata görə, Mask şirkətlərini respublikaçıların güclü mövqeyə malik olduğu Texas ştatına köçürmüşdü. Onun ən böyük məlumat mərkəzi layihəsi olan Terafab-ın da bu ştatda inşa edilməsi nəzərdə tutulur.

Lakin seçkilərdə Texasda demokrat namizədin respublikaçı rəqibini 12 faiz bəndi qabaqladığı bildirilir. Nəşrin iddiasına görə, ştatda 38 ildən sonra demokratların qələbə qazanması Maskın biznes layihələrinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.

Siyasi dəyişikliklərin fonunda ABŞ fond bazarlarında da fərqli mənzərə müşahidə olunub. Birja ticarətinin 1 faizdən çox artımla başlayacağı gözlənilsə də, Tesla səhmləri açılışdan əvvəlki əməliyyatlarda təxminən 5 faiz, SpaceX səhmləri isə 7 faizə yaxın ucuzlaşıb.