Bakı, 4 noyabr, AZƏRTAC Daşkənd Oriental Universitetində yazıçı Güllü Məmmədovanın “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” adlı tarixi-sənədli romanının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib. Əsərdə qədim Azərbaycan torpağı olan İrəvanın tarixi taleyi, müxtəlif dövrlərdə azərbaycanlıların öz qədim yurd yerlərindən qovulması və bölgənin tarixi irsi işıqlandırılır.AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Qərbi Azərbaycandan deportasiya və yurd həsrəti mövzusuna həsr olunmuş fotosərgi təşkil edilib. Sərgidə Qərbi Azərbaycanın tarixi-mədəni irsini və deportasiya ilə bağlı həqiqətləri əks etdirən fotoşəkillər nümayiş olunub. Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək, qədim Azərbaycan torpağı olan İrəvanın tarixən azərbaycanlıların yaşadıqları mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu bildirib. Qeyd edib ki, 1905–1906-cı, 1918–1920-ci, 1948–1953-cü və 1988–1991-ci illərdə baş verən deportasiyalar nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar doğma ata-baba yurdlarından zorla didərgin salınıblar. O vurğulayıb ki, həmin tarixi yaddaş və yaşanmış talelər əsərin ideya məzmununda da öz əksini tapıb. A.Marifli əsərin özbək dilinə tərcümə edilərək nəşr olunmasının Azərbaycan xalqının tarixi-mədəni irsinin və milli kimliyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Həmçinin belə nəşrlərin Azərbaycan və Özbəkistan xalqları arasında qədimdən formalaşmış mədəni-humanitar münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.Oriental Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Nozimjon Mamataxunov nəşrin Azərbaycan mədəni irsinin öyrənilməsi və bu istiqamətdə elmi araşdırmaların aparılması, eləcə də tələbə və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd edib. Tədbirdə, həmçinin Oriental Universitetinin elmi işlər və innovasiyalar üzrə prorektoru, professor Malika Nosirova, ali təhsil ocağının gənclərlə iş və mənəvi-maarifçilik işləri üzrə birinci prorektoru Baxtiyor Arabov, Özbəkistan Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folklorşünaslığı institutunun nümayəndəsi, professor Ulug‘bek Hamdam, filologiya üzrə fəlsəfə doktoru, Xaqani Şirvani adına Türkologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, dosent Marufcan Dostmurodov, tərcüməçi-publisist Pirmuhammad Xolmatov, eləcə də universitetin doktorantları və tələbələri çıxış ediblər. Çıxışlarda əsərin mövzusunun aktuallığı, tarixi yaddaşın qorunmasının vacibliyi və romanın özbək dilində nəşrinin oxucular üçün əhəmiyyəti qeyd olunub. Yazıçı Güllü Məmmədova romanın yaranma tarixi və ideya məzmunu, qədim Azərbaycan yurdu İrəvanın tarixi, əsərdə əks olunan talelər, eləcə də kitabın özbək dilində nəşrinin əhəmiyyəti barədə məlumat verib. Müəllif tədbirdə iştirakçılarının suallarını cavablandırıb. Təqdimat mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” Rəqs Ansamblı tərəfindən Zəngəzurun tarixi-mədəni irsini yaşadan “Zəngəzur yallısı” təqdim olunub. Mərasim yazıçı Güllü Məmmədovanın tədbir iştirakçıları üçün kitablarını imzalaması ilə başa çatıb.
Bu gün
208 xəbər bu gün
Harvard Tibb Məktəbinin tədqiqatçılarının araşdırmasına görə, qaragilə (yaban mersini) beyin kimyasına və əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər. Day.Az xəbər verir ki, "The Journal of Nutrition, Health and Aging"…
51 красную карточку, а по некоторым данным 53, показал арбитр в матче молодёжных команд в Бразилии. Как передает Day.Az, это новый мировой рекорд. Игроки "Уберландии" и "Маморе" устроили массовую драку прямо на поле, к…
Alimlər günəş küləyi toqquşmalarının nə vaxt gözlənildiyini və hansı günlərdə xüsusi sağlamlıq tədbirləri tələb olunduğunu açıqlayıblar.
Kiçik ölçüsünə baxmayaraq, kətan toxumu orqanizm üçün faydalı maddələrlə zəngindir. Onun müntəzəm istehlakı həzm sisteminin fəaliyyətini yaxşılaşdıra, xolesterinin azalmasına və ürək sağlamlığının qorunmasına kömək edir…
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib. "TRT Haber"ə istinadən, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital…
ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkisində iştirak etmək üçün postunu tərk etməyi planlaşdırır.
Bakı, 6 noyabr, AZƏRTACUkraynada hərbi münaqişənin uzanması ölkənin ciddi demoqrafik problemlərlə üzləşməsinə səbəb olub.AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.Nəşrin…
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı genişmiqyaslı razılaşmanın əldə olunacağını bildirib. Donald Tramp açıqlamasında razılaşmanın yalnız Ukraynanı deyil, Avropanın digər…
Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda İtaliyanın “Komo” klubu səfərdə Fransanın “Lans” komandasını darmadağın edib – 9:1. Opta statistika portalının məlumatına görə, bununla da “Komo” avrokuboklarda tarixi…
Pentaqonun rəhbəri Pit Heqset amerikalı qanunvericilərin onun istefasına nail ola bilməyəcəklərinə əminliyini ifadə edib. O bu barədə "X" sosial şəbəkəsindəki videomüraciətində bildirib. "Narazı, məğlub olmuş konqresmen…
Günəşin səthində 2026-cı ilin ən böyük tac dəliklərindən biri formalaşıb. Alimlərin kosmosdan əldə etdiyi məlumatlara əsasən, temperaturun kəskin azaldığı bu nəhəng bölgənin diametri təxminən 1 milyon kilometrə çatır.
FİFA-nın İdarəetmə Komitəsinin keçmiş rəhbəri Migel Maduro hesab edir ki, Canni İnfantinonun prezident vəzifəsindən istefası təşkilatın mövcud problemlərini həll etmək üçün kifayət etməyəcək.
Evdə pul, zinət əşyaları və vacib sənədləri gizlətmək üçün istifadə olunan bəzi yerlər oğrular üçün heç də çətin tapılan məkanlar deyil. Yataq otağındakı komod və qarderoblar, dərman dolabları, mətbəxdəki ərzaq qabları…
Зимой смартфон лучше носить во внутреннем кармане куртки, чтобы защитить его от воздействия мороза. Об этом сообщает немецкое издание Chip, передает Day.Az со ссылкой на Lenta.ru. Журналисты медиа объяснили, что холод…
Nasdaq fond birjasının əsas indeksi bir ticarət sessiyası ərzində 5%-dən çox azalıb. Bu barədə ticarət platformasının məlumatlarında bildirilib. Məlumata görə, Nasdaq indeksi 1 313,42…
ABŞ prezidenti Donald Tramp Rusiyanın və ABŞ-ın təkcə Ukraynada deyil, bütövlükdə Avropada təhlükəsizlik məsələləri üzrə də razılaşmaya yaxın olduğunu düşünür
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Ukrayna və Rusiya nümayəndə heyətlərini qəbul edib. Görüşdə Ukraynanı Ali Radanın İnsan Hüquqları üzrə müvəkkili Dmitri Lubinets və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri…
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ölüm cəzasına məhkum edilmiş bütün şəxslərin cəzalarının ömürlük həbslə əvəzlənməsi barədə qərar qəbul edib.
Portuqaliya milli komandasının baş məşqçisi Jorji Jezuş gənc futbolçulara nümunə olaraq milli komandanın məşq zalında Kriştianu Ronaldunun fotosunu yerləşdirdiyini bildirib.
Vaşinqton administrasiyası cümə axşamı Brüsseldə NATO müttəfiqləri və Ukrayna ilə "Avropanın təhlükəsizlik arxitekturası"na aid məsələlər üzrə məzmunlu məsləhətləşmələr aparıb. Bu barədə Amerika liderinin kürəkəni Cared…
Bakı, 6 noyabr, AZƏRTAC Martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri İsrailin hücumları nəticəsində Livanda 4390 nəfər həlak olub, 12 min 429 nəfər yaralanıb.AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Səhiyyə…
Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. Redaktor.az xəbər verir ki, “Associated Press“in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını…
Serbiyanın Respublika Seçki Komissiyası (RSK) oktyabrın 25-də ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrini rəsmən təsdiqləyib. Səsvermənin yekunlarına əsasən…
Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb. Bu barədə polis və xilasetmə xidmətlərinin məlumatlarına istinadən "Dawn" məlumat yayıb. Bildirilib…
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktublar ünvlanlayıb. Məktublar Ağ Evdəki mərasimdə Rusiya və Ukrayna nümayəndə heyətlərinə təqdim…
Türkiyənin Zonquldak vilayətində üç mədən işçisinin olduğu avtomobil 100 metrlik dərəyə aşıb, ölən və yaralananlar var. "Haber Global"a istinadən, qəzada 22 yaşlı Ahmet Erkan həyatını itirib. Digər iki mədən işçisi…
Bu barədə "Legit News" nəşri məlumat yayıb. Təşkilatın rəhbəri Disebe Donqa sosial şəbəkə hesablarında həmkarının ailəsinə və yaxınlarına verilən başsağlığınən mətnini paylaşıb. "Bu ürəkağrıdan itki bizi dərindən…
ABŞ, NATO və bir sıra Avropa ölkələrinin nümayəndələri Ukraynaya verilə biləcək təhlükəsizlik təminatları ilə bağlı danışıqlar aparıblar. Bildirilib ki, noyabrın 5-də Brüsseldə NATO-nun baş katibinin iqamətgahında ABŞ…