“İrana təcavüzü təkrarlanarsa, ABŞ-yə daha genişmiqyaslı cavab veriləcək”.
Bunu İranın Ali rəhbəri Müctəba Xamenei deyib.
“Əgər hələ də Amerikaya güzəştlər etməklə onu İran xalqına qarşı düşmənçilikdən çəkindirməyin mümkün olduğunu düşünənlər varsa, ciddi yanılırlar. “Böyük Şeytan”ın (ABŞ-ni nəzərdə tutur - red.) arzusu İran xalqının qeyd-şərtsiz təslim olmasıdır. Hegemon düşmənə qarşı ən kiçik təslimiyyət meyli belə şəhidlərin qanı və xalqın fədakarlığı sayəsində əldə edilmiş böyük sərvəti məhv edəcək, təkəbbürlü düşməni isə daha çox tələb irəli sürməyə, gələcək müharibələrə və yeni təcavüzlərə əl atmağa daha da cəsarətləndirəcək”, - o bildirib.