Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbirləri ilə bağlı videoçarx hazırlanıb. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vuran zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırıb. Qeyd edək ki, qəhvəyi mərmər bağacığının qışlama dövründə aşkarlanaraq məhv edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə mübarizə tədbirlərinin aparılması zərərvericinin sayının azaldılmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına imkan verir.Daha ətraflı: https://youtu.be/q_pA6yFT1nQ