"İmişli"nin U-19 komandası heyətini 6 yeni futbolçu ilə gücləndirib.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qambiyadan 18 yaşlı Ebrima Jammeh və 19 yaşlı Lamin Kanteh, Nigeriyadan isə 18 yaşlı Adavale Lateef, Bassey Meşak, Abdullateef Apatira və Olayinka Qbolahan "pələnglər"in sıralarına qoşulublar.