Rəhim Həsənov “Kəpəz” – “İmişli” matçında hakim səhvini etiraf etdi - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

Qurum rəsmisi "Kəpəz" - "İmişli" matçında baş hakimin səhv qərar verdiyini söyləyib.

R.Həsənovun sözlərinə görə, "İmişli"nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.

Bundan əlavə, sədr "Sumqayıt" - "Şəfa" qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.