Gəncə, 4 noyabr, AZƏRTAC 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndindən məcburi köçkün düşən Vüsal Kazımov üçün doğma yurdun işğalı yalnız ev-eşiyindən, torpağından ayrı düşmək demək deyildi. Həmin ağır günlərdə anasını da itirən Vüsalın qəlbində illərlə sağalmayan bir yara, doğma torpaqların azadlığına qovuşacağı günə qədər sönməyən bir ümid vardı. O, 30 il ərzində yurd həsrəti və anasının itkisi ilə yaşadı. 2020-ci ildə Vətən müharibəsi başlayanda isə bu həsrətin sona çatması üçün özü də mübarizənin iştirakçısı olmaq qərarına gəldi.Vüsal Kazımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, müharibəyə həkim kimi könüllü yollanmaq üçün dəfələrlə müraciət edib. İlk müraciətlərinin nəticəsiz qalması onu fikrindən döndərməyib. Hətta hərbi komissarlıqda ailəsində şəhid olduğu üçün onun döyüşə göndərilməsinə tərəddüd edildikdə belə, Vüsal qərarından dönməyib. “Öz-özümə düşünürdüm ki, necə ola bilər, kəlbəcərli olmayan, ağdamlı olmayan insanlar döyüşə gedir, yaralanır, şəhid olur, amma mən kəlbəcərli, şəhid ailəsinin övladı ola-ola kənarda qalım? Bunu özümə bağışlaya bilməzdim. Mənim üçün bu, həm doğma torpaqlarımızın azadlığı, həm də illərlə içimdə daşıdığım ağrının sona çatması demək idi”, – deyə Vüsal Kazımov bildirir.Nəhayət, onun müraciəti qəbul olunur və Vüsal Vətən müharibəsinə yollanır. Laçın istiqamətində gedən döyüşlərdə taborun tibb məntəqəsinin rəisi kimi xidmətə başlayır. Onun əsas vəzifəsi döyüş zamanı yaralanan hərbçilərə ilkin tibbi yardım göstərmək, qanaxmanı dayandırmaq, sarğı qoymaq və onların briqadanın tibb məntəqəsinə təxliyəsini təmin etmək idi.Həkim üçün döyüş bölgəsində hər an həyatla ölüm arasında qərar vermək, yaralı əsgərin köməyinə çatmaq məsuliyyəti vardı. Vüsal Kazımov deyir ki, həmin günlərdə qorxu hissi keçirmirdi. Çünki 30 illik yurd həsrəti, doğma torpaqların işğalına və anasının itkisinə görə yaşadığı ağrı onun daxilində başqa bir gücə çevrilmişdi.“Döyüşə yollananda geri qayıtmamaq ehtimalını da düşünmüşdük. Bizim üçün əsas məqsəd torpaqlarımızın azad olunması idi. O torpaqlar ya azad olmalı, ya da biz bu yolda canımızdan keçməli idik. Şükürlər olsun ki, bu gün həmin günləri yaşamış insanlar kimi buradayıq”, – deyə həkim xatırlayır. Döyüş meydanında həkim kimi üzərinə düşən vəzifəni yerinə yetirən Vüsal Kazımov hərbçilərin döyüş əzmini də xüsusi qeyd edir. Onun yaddaşında qalan hadisələrdən biri yaralanmalarına baxmayaraq döyüş mövqelərini tərk etmək istəməyən bir neçə hərbçi ilə bağlıdır. Bölük komandiri, onun köməkçisi və üç əsgər yaralandıqdan sonra belə döyüşü davam etdirmək niyyətində olub, tibbi məntəqəyə aparılmağa razılaşmadığını deyib: “Onlara ilkin tibbi yardım göstərmişdim, amma tibb məntəqəsinə getmək istəmirdilər. Deyirdilər ki, yaralarımız ciddi deyil, döyüşməliyik. Vəziyyəti tabor komandirinə məruzə etdim. Yalnız onun əmri ilə yaralıları mövqedən çıxara bildim. Xidmət etdiyim ərazidə zabit və əsgərlərin hər biri döyüşə böyük ruh yüksəkliyi ilə yanaşırdı. Heç kim yaralanıb döyüşdən kənarda qalmaq istəmirdi”.Vətən müharibəsi Vüsal Kazımovun həyatında yalnız hərbi xidmətlə bağlı bir mərhələ deyil, həm də 30 il boyunca qəlbində daşıdığı həsrətin, ağrının və intizarın sonu oldu. Doğma Kəlbəcərin azadlığı uğrunda mübarizədə iştirak etmək, yaralı əsgərlərin həyatını xilas etmək onun üçün həyatının ən mənalı missiyalarından birinə çevrildi. Bu gün o, həmin günləri qürurla xatırlayır. Deyir ki, illərlə üzündən əskik olmayan kədər artıq sevinc və qürurla əvəzlənib: “Otuz ildən sonra, nəhayət, üzüm güldü. Əvvəllər insanlar gözlərimdəki kədəri hiss edir, nəyinsə məni narahat etdiyini deyirdilər. Şükürlər olsun ki, artıq sevincliyəm. Çünki doğma torpaqlarımız azaddır”.Vüsal Kazımov bu gün ən böyük sevincinin illərlə həsrətində olduğu torpaqların azadlığını görmək olduğunu deyir. O, Vətən müharibəsində iştirak etmək və bu tarixi Zəfərə öz töhfəsini vermək imkanı qazandığı üçün minnətdarlığını ifadə edir.Otuz il əvvəl doğma kəndindən ayrılarkən qəlbində apardığı ağrı ilə yola çıxan Vüsal Kazımov bu gün azad edilmiş torpaqların sevincini yaşayır. Onun hekayəsi bir daha göstərir ki, bəzən insanı ən çətin anlarda ayaqda saxlayan doğulduğu yurda bağlılıq, Vətənə xidmət etmək əzmi və illərlə sönməyən qayıdış ümididir. Müxbir - Elcan Məmmədov
Bu gün
2447 xəbər bu gün
“Dünyada çox az sayda insan var ki, avtobroer sindromundan əziyyət çəkir. Buna “pivə fabriki” sindromu da deyirlər. Bu cür insanlar alkoqol qəbul etməsələr belə, testdən keçəndə onlarda alkoqol göstəricisi pozitiv…
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri…
Sosial şəbəkələrdə tələbə qızların fotolarının icazəsiz paylaşıldığı, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur. Baku TV-yə istinadən, bəzi şəxslər qızların sosial şəbəkə…
Deputatların əməkhaqqı və pensiya təminatı hər zaman cəmiyyətin diqqətini çəkən məsələlərdən biridir. Xüsusilə parlament üzvlərinin adi vətəndaşlardan fərqli olaraq hansı maliyyə imkanlarına sahib olması maraq doğurur…
Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın saxlanıldığı barədə məlumat yayılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları siyasətçini İrəvandakı evinin arxa çıxışından çıxararaq naməlum…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib və Vaşinqtonun atacağı addımların ölkənin maraqlarına uyğun olacağını bildirib. Tramp bunu “Politico”ya verdiyi…
Sosial şəbəkələrdə tələbə qızların şəxsi fotolarının icazəsiz yayıldığı və paylaşımların silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur.
"Altı ay əvvəl heç kim neftin bugünkü qiymətinin olacağını planlaşdırmırdı".
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar…
Казахстан может возобновить поставки нефти по трубопроводу «Дружба» и уже направил соответствующий запрос российской стороне. Об этом заявил глава Минэнерго республики Ерлан Аккенженов. «Официальный запрос...
В Азербайджане в следующем году объем субсидий сельскому хозяйству планируется увеличить примерно с 500 млн до 720–730 млн манатов. Дополнительные 230 млн манатов предусмотрены в...
"İmişli"nin U-19 komandası heyətini 6 yeni futbolçu ilə gücləndirib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qambiyadan 18 yaşlı Ebrima Jammeh və 19 yaşlı Lamin Kanteh, Nigeriyadan isə 18 yaşlı…
Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də müdafiə və təhlükəsizlik infrastrukturunun qurulması Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin yüksək paya malik olmasının başlıca səbəblərindəndir. Bunu maliyyə naziri…
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri…
Gələn ildən növbəti genişmiqyaslı sosial islahat paketinin icrasına start verilməsi planlaşdırılır. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan…
Türkiyəli aktrisa Cemre Baysel ilə futbolçu Emirhan Topçu arasında sevgi münasibəti olduğu barədə yayılan iddialar yenidən gündəmə gəlib. Türkiyə mətbuatına istinadən, bir müddət əvvəl birlikdə olduqları deyilən cütlüklə…
Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında” Müqavilənin imzalanması iki ölkənin münasibətlərində mühüm hadisə kimi qiymətləndirilir. Maraqlıdır ki, indiyədək heç bir ölkə ilə belə müqavilə bağlanmayıb…
ABŞ Konqresinin ölkə prezidentini impiçmentlə vəzifədən götürmək səlahiyyəti var. Medianews.az bildirir ki, prosesi 435 nəfərlik aşağı pa...
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, sənədi Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii…
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin…
В интернете вновь набирают популярность рекомендации доктора Шишонина. Например, в интервью Надежде Стрелец Шишонин заметил, что лучший завтрак - полбанки сметаны с жирным творогом.
Культовая певица нулевых Бритни Спирс откровенно высказалась о своих отношениях с младшей сестрой Джейми Линн и бывшим мужем Кевином Федерлайном. Об этом она сообщила на своей странице в Instagram, передает Day.Az со…
В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков. Как передает Day.Az со ссылкой на Национальную службу гидрометеорологии, вечером в некоторых местах возможен дождь. Ближе…
Nazirlər Kabineti qazla işləyən qurğu və avadanlıqlarla bağlı yeni təhlükəsizlik qaydaları müəyyən edib. Yeni tələblər qaz plitələri, kombilər, su qızdırıcıları və digər isidici cihazları əhatə edir. Əsas məqsəd qaz…
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib. Qurum rəsmisi "Kəpəz" - "İmişli" matçında baş hakimin səhv qərar verdiyini söyləyib…
Demokratlar Partiyasının namizədi Əbdül Əl-Sayed ABŞ Konqresinə keçirilən aralıq seçkilərində qalib gəlir. Bu barədə “Fox News” telekanalının proqnozunda bildirilib. Əl-Sayed ABŞ tarixində ilk müsəlman senator ola bilər…
Sosial şəbəkələrdə “möcüzəvi arıqlama” vəd edən məhsulların piyləri əritdiyinə və qalıcı nəticə verdiyinə dair iddiaların elmi əsası yoxdur. Belə vasitələrdən istifadə zamanı tərəzidə müşahidə olunan çəki azalması piy…
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib. Qurum rəsmisi "Kəpəz" - "İmişli" matçında baş hakimin səhv qərar verdiyini söyləyib…
"Hökumətin vəzifəsi həm də ölkədə siyasi plüralizmin gücləndirilməsinə dəstək verməkdir. Həm də vətəndaş cəmiyyəti quruculuğunun inkişafına yardım göstərməkdir". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və…
Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) rejiminin dəyişdirilməsi dövlət büdcəsində itkilərə səbəb ola bilər.
Rusiya Silahlı Qüvvələrinin Kamışevaxaya (Ukraynanın Zaporojye vilayəti) endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. "İnterfaks-Ukrayna"ya istinadən, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri…
Ələt Azad İqtisadi Zonasının infrastrukturunun yaradılması məqsədilə 736 milyon manat həcmində investisiya qoyulması planlaşdırılır. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və…
Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) rejiminin dəyişdirilməsi dövlət büdcəsində itkilərə səbəb ola bilər. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün…
Azərbaycan hökuməti özəl investisiyaların stimullaşdırılması məqsədilə yeni mexanizmlər hazırlayıb. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən…
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “DNT HUB” MMC, “M7 Agency” MMC və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin tərəfdaşlığı ilə həyata keçirilən “Start Nöqtəsi – tələbələr üçün…
Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycanda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizə səfər edən nümayəndə heyətlərinin rəhbərləri Fəxri…
Bakı, 4 noyabr, AZƏRTAC Bakı tarixən İçərişəhərdən başlayan inkişaf yolu keçərək bu gün Abşeron yarımadasının böyük hissəsini əhatə edən geniş şəhər aqlomerasiyasına çevrilib. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan…
Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə…
Bakı, 4 noyabr, AZƏRTAC Qarabağın yenidən qurulması istiqamətində həyata keçirilən layihələr beynəlxalq memarlıq və şəhərsalma ictimaiyyətinin diqqətini cəlb edir. Bu layihələr Azərbaycanın inkişafı ilə yanaşı, xarici…
Bakı, 4 noyabr, AZƏRTACArtıq üçüncü ildir ki, yerli futzalçılarla çıxış edirik. Milli komandada son illərdə yerli futzalçılara üstünlük verilməsi müəyyən dəyişikliklərə səbəb oldu. Mən məşqçi olduğum ilk ildən başlayaraq…
Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyini obyektiv qiymətləndirmək və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunu təmin…
"Ukrayna tərəfinin üçtərəfli görüşün Türkiyədə keçirilməsini istəməsi və bu məsələdə maraqlı olması təsadüfi deyil. Müharibə başlayandan indiyədək aparılan danışıqlar prosesində məhz Türkiyə platforması Ukrayna üçün öz…
Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından...
İran vətəndaşlarına nüvə partlayışı və radiasiya təhlükəsi ilə bağlı xəbərdarlıq edərək 24 saat ərzində evdən çıxmamağı tövsiyə edib. Belə bir hadisənin baş verməsi halında radioaktiv çirklənmənin Azərbaycana yayılma…
Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Yol ayrıcında baş verən qəza zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən...
Bakı. Trend: 2027-ci ilin dövlət büdcəsi layihəsində iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik, dövlət idarəetməsi, təhsil, sosial müdafiə və səhiyyə əsas xərc istiqamətləri kimi…
Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 18 430 000,0 min manat, yerli xərclər 735 575,0 min manat təsdiq edilib. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və…
Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirlikləri arasında 2027–2029-cu illər üçün Birgə Tədbirlər Planı imzalanıb. Bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb…