Gəncə, 4 noyabr, AZƏRTAC 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndindən məcburi köçkün düşən Vüsal Kazımov üçün doğma yurdun işğalı yalnız ev-eşiyindən, torpağından ayrı düşmək demək deyildi. Həmin ağır günlərdə anasını da itirən Vüsalın qəlbində illərlə sağalmayan bir yara, doğma torpaqların azadlığına qovuşacağı günə qədər sönməyən bir ümid vardı. O, 30 il ərzində yurd həsrəti və anasının itkisi ilə yaşadı. 2020-ci ildə Vətən müharibəsi başlayanda isə bu həsrətin sona çatması üçün özü də mübarizənin iştirakçısı olmaq qərarına gəldi.Vüsal Kazımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, müharibəyə həkim kimi könüllü yollanmaq üçün dəfələrlə müraciət edib. İlk müraciətlərinin nəticəsiz qalması onu fikrindən döndərməyib. Hətta hərbi komissarlıqda ailəsində şəhid olduğu üçün onun döyüşə göndərilməsinə tərəddüd edildikdə belə, Vüsal qərarından dönməyib. “Öz-özümə düşünürdüm ki, necə ola bilər, kəlbəcərli olmayan, ağdamlı olmayan insanlar döyüşə gedir, yaralanır, şəhid olur, amma mən kəlbəcərli, şəhid ailəsinin övladı ola-ola kənarda qalım? Bunu özümə bağışlaya bilməzdim. Mənim üçün bu, həm doğma torpaqlarımızın azadlığı, həm də illərlə içimdə daşıdığım ağrının sona çatması demək idi”, – deyə Vüsal Kazımov bildirir.Nəhayət, onun müraciəti qəbul olunur və Vüsal Vətən müharibəsinə yollanır. Laçın istiqamətində gedən döyüşlərdə taborun tibb məntəqəsinin rəisi kimi xidmətə başlayır. Onun əsas vəzifəsi döyüş zamanı yaralanan hərbçilərə ilkin tibbi yardım göstərmək, qanaxmanı dayandırmaq, sarğı qoymaq və onların briqadanın tibb məntəqəsinə təxliyəsini təmin etmək idi.Həkim üçün döyüş bölgəsində hər an həyatla ölüm arasında qərar vermək, yaralı əsgərin köməyinə çatmaq məsuliyyəti vardı. Vüsal Kazımov deyir ki, həmin günlərdə qorxu hissi keçirmirdi. Çünki 30 illik yurd həsrəti, doğma torpaqların işğalına və anasının itkisinə görə yaşadığı ağrı onun daxilində başqa bir gücə çevrilmişdi.“Döyüşə yollananda geri qayıtmamaq ehtimalını da düşünmüşdük. Bizim üçün əsas məqsəd torpaqlarımızın azad olunması idi. O torpaqlar ya azad olmalı, ya da biz bu yolda canımızdan keçməli idik. Şükürlər olsun ki, bu gün həmin günləri yaşamış insanlar kimi buradayıq”, – deyə həkim xatırlayır. Döyüş meydanında həkim kimi üzərinə düşən vəzifəni yerinə yetirən Vüsal Kazımov hərbçilərin döyüş əzmini də xüsusi qeyd edir. Onun yaddaşında qalan hadisələrdən biri yaralanmalarına baxmayaraq döyüş mövqelərini tərk etmək istəməyən bir neçə hərbçi ilə bağlıdır. Bölük komandiri, onun köməkçisi və üç əsgər yaralandıqdan sonra belə döyüşü davam etdirmək niyyətində olub, tibbi məntəqəyə aparılmağa razılaşmadığını deyib: “Onlara ilkin tibbi yardım göstərmişdim, amma tibb məntəqəsinə getmək istəmirdilər. Deyirdilər ki, yaralarımız ciddi deyil, döyüşməliyik. Vəziyyəti tabor komandirinə məruzə etdim. Yalnız onun əmri ilə yaralıları mövqedən çıxara bildim. Xidmət etdiyim ərazidə zabit və əsgərlərin hər biri döyüşə böyük ruh yüksəkliyi ilə yanaşırdı. Heç kim yaralanıb döyüşdən kənarda qalmaq istəmirdi”.Vətən müharibəsi Vüsal Kazımovun həyatında yalnız hərbi xidmətlə bağlı bir mərhələ deyil, həm də 30 il boyunca qəlbində daşıdığı həsrətin, ağrının və intizarın sonu oldu. Doğma Kəlbəcərin azadlığı uğrunda mübarizədə iştirak etmək, yaralı əsgərlərin həyatını xilas etmək onun üçün həyatının ən mənalı missiyalarından birinə çevrildi. Bu gün o, həmin günləri qürurla xatırlayır. Deyir ki, illərlə üzündən əskik olmayan kədər artıq sevinc və qürurla əvəzlənib: “Otuz ildən sonra, nəhayət, üzüm güldü. Əvvəllər insanlar gözlərimdəki kədəri hiss edir, nəyinsə məni narahat etdiyini deyirdilər. Şükürlər olsun ki, artıq sevincliyəm. Çünki doğma torpaqlarımız azaddır”.Vüsal Kazımov bu gün ən böyük sevincinin illərlə həsrətində olduğu torpaqların azadlığını görmək olduğunu deyir. O, Vətən müharibəsində iştirak etmək və bu tarixi Zəfərə öz töhfəsini vermək imkanı qazandığı üçün minnətdarlığını ifadə edir.Otuz il əvvəl doğma kəndindən ayrılarkən qəlbində apardığı ağrı ilə yola çıxan Vüsal Kazımov bu gün azad edilmiş torpaqların sevincini yaşayır. Onun hekayəsi bir daha göstərir ki, bəzən insanı ən çətin anlarda ayaqda saxlayan doğulduğu yurda bağlılıq, Vətənə xidmət etmək əzmi və illərlə sönməyən qayıdış ümididir. Müxbir - Elcan Məmmədov
Bu gün
1860 xəbər bu gün
В следующем году для семей шехидов и инвалидов войны будут приобретены 600 квартир. Со ссылкой на APA, об этом заявил министр труда и социальной защиты населения Анар Алиев в ходе обсуждения социального бюджетного пакета…
Предлагается сроком на пять лет предоставить лицам, осуществляющим грузоперевозки внутри страны, право в качестве альтернативы применять упрощенный налог по ставке 8% к получаемым доходам. Со ссылкой на АПА, это отражено…
Предлагается облагать упрощённым налогом по ставке 1% доходы, выплачиваемые операторами заказа такси налогоплательщикам, осуществляющим пассажирские перевозки на такси на территории страны через этих операторов. Как…
В 2027 году на финансирование пособий по временной нетрудоспособности, беременности и родам, рождению ребенка, уходу за детьми до 3 лет, а также на погребение, выплачиваемых за счет обязательного государственного…
Государственная пошлина за выдачу ветеринарного паспорта составит 30 манатов. Со ссылкой на АПА, это отражено в предлагаемых изменениях в закон "О государственной пошлине". В настоящее время государственная пошлина за…
Запрещается замена минимальной продолжительности трудового отпуска (21 календарный день) денежной компенсацией. Со ссылкой на АПА, это отражено в предлагаемых изменениях в Трудовой кодекс.
При определении этапов реализации крупных проектов недвижимости девелоперам необходимо учитывать емкость рынка, потенциальный спрос, финансовые возможности и способность рынка поглощать предлагаемый объем недвижимости.
Право на получение пособия по уходу за ребенком будет определяться по новым правилам. Со ссылкой на APA, это отражено в предлагаемых изменениях в закон "О социальном страховании".
Выплаты заработной платы будут переведены в электронный формат. Со ссылкой на APA, это отражено в предлагаемых изменениях в Трудовой кодекс.
В Азербайджане будет введена система почасовой оплаты труда. Со ссылкой на APA, это отражено в предлагаемых изменениях в Трудовой кодекс. Согласно законопроекту, почасовая оплата труда будет устанавливаться при наличии…
Bakı.Trend: “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı…
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək. "Anadolu" agentliyinin məlumatına görə, Türkiyə Prezidenti bu barədə Cənubi…
Növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, sığorta pensiya sistemində…
Azərbaycanda pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət…
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir…
2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət büdcəsindən asılılığı 17,2 % təşkil edəcək ki, bu da 2026-cı ilə nisbətən 2,8 faiz bəndi azdır. Bunu əmək və…
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin (TDTD) Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub. Həmçinin Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) Azərbaycanda əlaqə bürosunun…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə "NTV" məlumat yayıb. Məlumata görə, Türkiyə Prezidenti Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlama verib. "8 noyabrda Azərbaycanın Zəfər…
Xəzər regionunda akvakultura sahəsində əhəmiyyətli əməkdaşlıq bazası formalaşıb. Bunu Türkmənistanın Xəzər dənizi İnstitutunun müdiri Murad Atacanov I Akvakultura Forumu çərçivəsində panel müzakirələrində deyib. Onun…
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə təsis edilən Qlobal Cənub Gənclər Platformasında (GYSP) təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb. Bu barədə BTQ-dən məlumat verilib. Bildirilib ki, 40 ölkədən olan fəal…
Qazaxıstan və Gürcüstan transmilli cinayətkarlıq və internet dələduzluğu ilə mübarizə, cinayətkarların axtarışı və miqrasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir. "Report"un…
Ardıcıl iki ildə ümumilikdə 270 gündən, hər il isə 90 gündən artıq Azərbaycanda olan şəxslərin vergi rezidenti hesab edilməsi təklif olunur. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini…
Dövlət Sosial Müdafiə Fondu (DSMF) indiyədək 2,2 milyard manatlıq investisiya fəaliyyəti həyata keçirib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə…
Hazırda akvakultura sahəsi vəhşi təbii ehtiyatların mənimsənilməsindən onların məsuliyyətli şəkildə yetişdirilməsinə keçidin ən mühüm alətinə çevrilir və bu, Xəzər dənizi üçün də xüsusilə vacibdir. Bunu Türkmənistanın…
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət qarşısında olan öhdəlikləri tam həcmdə ödənilsəydi, sığortaolunan pensiyaçıların pensiyalarını orta hesabla 5 %-ə qədər artırmaq mümkün olardı. Bunu deputat Tahir Mirkişili…
Azərbaycanda mövsümi xarakterli işlərdə mülki-hüquqi müqavilələr üzrə elektron xidmət alış aktı mexanizminin tətbiqi təklif edilir. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb…
"Şəki" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Bu barədə bölgə təmsilçisi məlumat yayıb. Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb. Qeyd edək ki, Şəki basketbolunun…
Bakı, 5 noyabr, AZƏRTAC Kənd yerləri və kiçik yaşayış məntəqələri çox vaxt özünəməxsus problemlərlə üzləşirlər. Bunlara əhalinin azalması, dövlət xidmətlərinin əlçatanlığının məhdud olması, nəqliyyat çətinlikləri və…
Bakı, 5 noyabr, AZƏRTAC Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına…
Bakı, 5 noyabr, AZƏRTAC ABŞ-nin sutkalıq xam neft istehsalı artıb. AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft…
Bakı, 5 noyabr, AZƏRTAC Bakı Beynəlxalq Təhsil Kompleksinin (BBTK) direktoru,Əməkdar müəllim Sevda Quliyeva, məktəbin ingilis dili müəllimi, doktor Manto, eləcə də bir qrup şagirdi Elm və Təhsil Nazirliyinin İnformasiya…
Bakı, 5 noyabr, AZƏRTAC Azərbaycanın İsraildəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan ziyafət təşkil edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə İsraildə yaşayan Azərbaycan diasporunun…
Bakı, 5 noyabr, AZƏRTAC Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. AZƏRTAC xəbər verir ki, həyata keçirilmiş uğurlu…
Bakı, 5 noyabr, AZƏRTAC Pakistan və Azərbaycan həm liderlərimiz, həm də xalqlarımız arasında mövcud olan münasibətlər baxımından ən yaxın diplomatik əlaqələrə malik ölkələr sırasındadır. Pakistan bütün beynəlxalq…
Tofiq Zülfüqarov
Layihə
Dəyişiklik
Qanun layihəsi
Sabiq futbolçu
Baş nazir
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.Sənəd 2027-ci…
Sammitdə BMTə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla…
Xurma alarkən onun şirin və yetişmiş olmasını müəyyənləşdirmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək lazımdır. Meyvənin görünüşü, rəngi və yumşaqlığı düzgün seçim etməyə kömək edə bilər. BB.LV saytına istinadla, ilk…
Ermənistanın baş naziri Nikol Paşinyan COP31 beynəlxalq iqlim sammitində iştirak etmək üçün Antalyaya səfər etməyi planlaşdırır. Sammit noyabrın 9-dan 20-dək keçiriləcək. Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə…