Bakı, 3 noyabr AZƏRTAC Avropa uzun illər dünya iqtisadiyyatının ən güclü mərkəzlərindən biri, sosial rifahın, iqtisadi sabitliyin və demokratik idarəetmənin nümunəsi hesab olunub. Lakin son illərdə qitə ciddi iqtisadi problemlərlə üz-üzə qalıb. Yüksək enerji qiymətləri, inflyasiya, sənaye istehsalının zəifləməsi, artan dövlət borcları, işsizlik təhlükəsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi Avropanın iqtisadi modelinin dayanıqlılığına dair ciddi suallar yaradıb.Bu fikri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev deyib. Onun sözlərinə görə, bu böhranın səbəblərini yalnız qlobal hadisələrlə, müharibələrlə və beynəlxalq bazarlardakı dəyişikliklərlə izah etmək düzgün olmaz. “Çünki iqtisadi böhranın dərinləşməsində Avropa siyasi liderlərinin strateji səhvləri, yanlış iqtisadi qərarları və uzunmüddətli planlaşdırma qabiliyyətinin zəifliyi də mühüm rol oynayıb. Avropa iqtisadiyyatında böhrana səbəb olan yalnız xarici amillər deyil, həm də Avropanı idarə edən siyasi elitanın məsuliyyətsiz və bəzən uzaqgörənlikdən məhrum qərarlarıdır. Avropanda iqtisadi durğunluğun əsas səbəblərindən biri enerji təhlükəsizliyi sahəsində buraxılan strateji səhvlərdir. Uzun müddət Avropa ölkələri ucuz və əlçatan enerji resurslarına əsaslanan sənaye modeli qurmuşdular. Lakin enerji təchizatının şaxələndirilməsi və alternativ mənbələrin yaradılması istiqamətində kifayət qədər qabaqlayıcı tədbirlər görülmədi. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji bazarında ciddi dəyişikliklər baş verdi. Rusiya qazından asılılığın sürətlə azaldılması zərurəti Avropa ölkələrini daha bahalı alternativ enerji mənbələrinə yönəltdi. Burada siyasi rəhbərliyin məsuliyyəti xüsusilə diqqət çəkir. Niyə Avropa illərlə enerji təhlükəsizliyini bir neçə əsas təchizat kanalından asılı vəziyyətdə saxladı? Niyə alternativ infrastruktur vaxtında qurulmadı? Niyə sənayenin rəqabət qabiliyyətinə təsir edəcək risklər əvvəlcədən hesablanmadı? Bu suallar Avropa liderlərinin iqtisadi siyasətində ciddi planlaşdırma problemlərinin olduğunu göstərir”, - deyə E.İsayev vurğulayıb.Tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, Avropanın iqtisadi gücünün əsas dayaqlarından biri onun sənaye potensialı olub: “Almaniya, Fransa, İtaliya və digər aparıcı ölkələr uzun illər avtomobil, maşınqayırma, kimya və metallurgiya sənayesində dünya liderləri sırasında yer alıblar. Lakin son illərdə Avropa sənayesi həm yüksək enerji xərcləri, həm də ABŞ və Asiya ölkələrinin artan rəqabəti ilə üzləşib. Xüsusilə ABŞ-nin sənaye subsidiyaları və Çinin istehsal gücünün genişlənməsi Avropa şirkətlərinin mövqelərini çətinləşdirib. Avropa rəhbərliyi isə sənayenin qorunması, innovasiyaların sürətləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması məsələlərində kifayət qədər çevik siyasət həyata keçirə bilməyib. Bürokratik prosedurlar, yüksək istehsal xərcləri, enerji qiymətləri və mürəkkəb tənzimləmə mexanizmləri Avropa şirkətlərinin beynəlxalq bazarlarda rəqabət imkanlarını məhdudlaşdırıb.Avropanın siyasi liderləri yaşıl iqtisadiyyat və ekoloji keçid hədəflərini irəli sürərkən sənayenin bu keçidə uyğunlaşması üçün lazım olan iqtisadi və texnoloji imkanları da təmin etməli idilər. Ətraf mühitin qorunması vacibdir. Ancaq ekoloji siyasət sənaye müəssisələrinin bağlanmasına, iş yerlərinin itirilməsinə və istehsalın başqa qitələrə köçməsinə səbəb olursa, bu siyasətin iqtisadi nəticələri ciddi şəkildə yenidən qiymətləndirilməlidir. Avropa liderlərinin ən ciddi uğursuzluqlarından biri iqtisadi qərarların sosial nəticələrini lazımi səviyyədə nəzərə almamalarıdır. Bir tərəfdən siyasi dairələr iqtisadi artımdan, yaşıl keçiddən və qlobal rəqabətdən danışır, digər tərəfdən isə sıravi vətəndaşlar gündəlik xərclərini qarşılamaqda çətinlik çəkirlər”.Elbrus İsayev əlavə edib ki, ölkə iqtisadiyyatı ilə bağlı əsas məqsəd yalnız makroiqtisadi göstəricilərin yaxşılaşdırılması olmalı deyil: “Avropa İttifaqının əsas problemlərindən biri iqtisadi və siyasi qərarların qəbulunda üzv dövlətlərin maraqlarının tez-tez toqquşmasıdır. Almaniya, Fransa, İtaliya, Polşa və digər ölkələrin iqtisadi prioritetləri bir-birindən fərqlənir. Bu fərqlər böhran dövründə vahid və operativ qərarların qəbulunu çətinləşdirir. Avropa liderləri tez-tez birlik və həmrəylikdən danışsalar da, praktikada milli maraqlar ümumavropa strategiyasından üstün tutulur. Nəticədə iqtisadi böhranla mübarizə tədbirləri bəzən gecikir, bəzən də müxtəlif ölkələrdə fərqli nəticələr verir”.
Bu gün
2644 xəbər bu gün
Son 20 il ərzində Bakıda 100-dən çox yeni park və bağ yaradılıb, 300-ə yaxın park isə bərpa edilib.
Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycançılığın məhz ideologiya səviyyəsinə çıxarılmasında, onun sistemləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var.AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin…
Bakı, 4 noyabr, AZƏRTAC Bu gün saat 15:00-dan etibarən 2-7-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 5-i…
Bakı, 4 noyabr, AZƏRTAC Dünyada əqli sağlamlıq və psixoloji rifah səviyyəsi aşağı düşür. Xüsusilə gənclər arasında müşahidə olunan bu tendensiya hətta iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə də özünü göstərir…
Bakı, 4 noyabr, AZƏRTAC Hesab edirik ki, dövlət büdcəsinin əsas rolu bir tərəfdən əsaslı xərclərə dəstək olmaq, digər tərəfdən isə belə mexanizmlər vasitəsilə özəl sektorun investisiya aktivliyini artırmaqdır. Bu gün…
Bakı, 4 oktyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Proqram sistemlərinin sintezi üçün intellektual metod və…
Bakı, 4 noyabr, AZƏRTAC Bakı şəhərinin inkişaf potensialı böyükdür. Bu potensialın reallaşdırılması üçün daşınmaz əmlak bazarına cəlb olunan investorların və investisiyaların düzgün istiqamətləndirilməsi, şəhərin…
Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan…
Bu il Azərbaycanda bank sektorunun ümumi əməliyyat mənfəəti üzrə artım fonunda ən diqqətçəkən mənfi nəticə “Xalq Bank” ASC-də qeydə alınıb. Bankın əməliyyat mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü…
Azərbaycanda 2026-cı ilin ilk doqquz ayında dərman istehsalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 92,8% artaraq 21,7 milyon manata çatıb. Banker.az Dövlət Statistika Komitəsindən (DSK) əldə etdiyi məlumatlara…
Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz”də 2026-cı ilin ilk doqquz ayında təbii qaz hasilatı illik müqayisədə təxminən 1,4% azalıb. Bununla belə, yatağın işlənməsinə yönəldilən əsaslı xərclər 42,6% artaraq 1,08…
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları…
Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, o, Azərbaycan Respublikasında dövlət...
Prezident İlham Əliyev "Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sənəd atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin…
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda keçirilən 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransına videomüraciət ünvanlayıb. O, çıxışında konfransa dəvətə görə Azərbaycan…
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 6-cı ildönümünə həsr olunan Bakı şəhər…
СК Армении возбудил уголовные дела против сразу 36 граждан. Как передает Day.Az, об этом сообщила пресс-секретарь ведомства Кима Авдалян в соцсетях по следам сегодняшних обысков. Она также отметила, что "Электрическим…
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib…
Камран Иманов награжден орденом "Шараф" за многолетнюю плодотворную деятельность на государственной службе в Азербайджанской Республике и большие заслуги в развитии сферы прав интеллектуальной собственности. Об этом…
Xalq arasında "Şirvan" kimi tanınan, Azərbaycanın 1994-cü ildə dövriyyəyə buraxılmış 10 min manatlıq əsginasının bəzi nümunələri bu gün beynəlxalq hərraclarda yüzlərlə dollara satılır. Əsginasın çap xüsusiyyətlərindən…
В Армении сотрудники Службы национальной безопасности увезли из дома бизнесмена, главу группы компаний "Ташир" и лидера партии "Сильная Армения" Самвела Карапетяна, проходящего по уголовным делам о финансовых махинациях…
В Киноцентре "Низами" состоялась премьера документального фильма "Их Мехди, наш Михайло" (Njihov Mehdi, naš Mihajlo), посвященного легендарному азербайджанскому партизану Мехти Гусейнзаде, известному в Европе под именем…
2026-cı ilin oktyabrında Bakı daşınmaz əmlak bazarında bahalaşma davam edib. Yeni tikili mənzillərin orta qiyməti əvvəlki dövrlə müqayisədə 14%, köhnə tikililərin qiyməti isə 10,8% yüksəlib. Bu barədə Azərbaycan…
1997-ci ilin noyabrında sənaye üsulu ilə işlənməyə başlanmasından 2026-cı ilin üçüncü rübünün sonunadək Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan təxminən 4,7 milyard barel neft hasil edilib. Bu barədə…
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı danışıqlarda ciddi fikir ayrılıqları qalır. Qətər tərəflər arasında…
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. Bu gecə Türkiyə təmsilçisi “Fənərbaxça” İstanbulda “Liverpul”u…
“BakıKart” və Mastercard-ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər. Tribuna.az xəbər evrir ki,…
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Birlik Könüllü Hərəkatının (BKH) könüllüləri ilə görüşüb. Görüşdə könüllülük fəaliyyətinin…
4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il…
Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Kamran İmanov ordenlə dövlət qulluğunda uzunmüddətli səmərəli…
Ötən gün maşın vuran ananın vəziyyəti ağırdır.
Erməni iş adamı Samvel Karapetyan ev dustaqlığında olmasına baxmayaraq, yenidən saxlanılıb. Ehtimal olunur ki, onun barəsində yeni cinayət işi açılıb. Ermənistan İstintaq Komitəsi Samvel Karapetyanın və onun qardaşı oğlu…
İyunun 15-dən etibarən Bakıda həyata keçirilən genişmiqyaslı təmir proqramı çərçivəsində 101 küçə və prospektdə təmir işləri başa çatdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb…
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. Dövlət Ehtiyatları Agentliyinin rəsmi saytına istinadən, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu…
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın dövründə prezident administrasiyasının rəhbəri vəzifəsini tutmuş Vardan Makaryan saxlanılıb. Bizim.Media xəbər verir ki, “MakaryanNews”un məlumatına görə, o, Samvel…
“BakıKart” və Mastercard-ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər. Bizim.Media xəbər evrir ki, bu barədə “BakıKart” məlumat yayıb. Kampaniya…
Prezident İlham Əliyev Kamran Sultan oğlu İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Kamran İmanov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin…
Amerikada Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi ancaq ABŞ-ın daxili siyasi mənzərəsini dəyişmir. Bu nəticə Ukrayna müharibəsindən Yaxın Şərqə, Rusiya ilə münasibətlərdən Çinlə rəqabətə, Cənubi…
Polşanın Baş naziri Donald Tusk Rusiya xüsusi xidmət orqanlarını ölkədə siyasi qeyri-sabitliyi qızışdırmaqda ittiham edib. Tusk Polşada siyasi sabitliyin pozulmasının Moskvanın maraqlarına xidmət etdiyini bildirib. Onun…
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.
Paralimpiyaçımız Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Şotokan karate üslubu üzrə Avropa çempionatının qalibi olub. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. O, parakarate…