Bakı, 4 noyabr, AZƏRTAC Dünyada əqli sağlamlıq və psixoloji rifah səviyyəsi aşağı düşür. Xüsusilə gənclər arasında müşahidə olunan bu tendensiya hətta iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə də özünü göstərir. AZƏRTAC xəbər verir ki, yeni araşdırmaya görə, gənclər həyat enerjisi, emosional sabitlik və çətinliklərə qarşı dözümlülük baxımından əvvəlki nəsillərlə müqayisədə daha zəif göstəricilərə malikdirlər.Bu nəticələr 92 ölkədən 50 mindən çox insanın iştirakı ilə aparılan beynəlxalq sorğuda əldə olunub. Tədqiqatın nəticələri “Social Indicators Research” elmi jurnalında dərc edilib.Kolumbiya Universitetinin Mailman İctimai Səhiyyə Məktəbinin professoru, tədqiqatın müəlliflərindən olan Kai Ruggeri bildirib ki, nəticələr əqli sağlamlıq sahəsində vəziyyətin ciddiliyini göstərir. Onun sözlərinə görə, problem yalnız gənclər və ya maddi çətinlik yaşayan insanlarla məhdudlaşmır, ümumilikdə cəmiyyətin çətinliklərə qarşı müqavimət qabiliyyəti zəifləyir.Alim hesab edir ki, hökumətlər əqli sağlamlığın yaxşılaşdırılması üçün ümumi təşəbbüslərlə kifayətlənməməli, konkret tədbirlər görməlidir. Xüsusilə süni intellektin əmək bazarına təsiri, iş yerlərinin itirilməsi, gənclər arasında tükənmişlik və gələcəyə inamın azalması kimi problemlərə diqqət yetirilməlidir.Əsasən onlayn keçirilən sorğuda iştirakçılara əqli sağlamlığın müxtəlif aspektlərini qiymətləndirən 10 sual ünvanlanıb. Suallar özünə hörmət, nikbinlik, emosional sabitlik, həyatın mənası, sosial iştirak, canlılıq və çətinliklərin öhdəsindən gəlmək bacarığını əhatə edib. Bundan əlavə, stres, depressiya, narahatlıq və ümumi həyat məmnuniyyəti də qiymətləndirilib.Nəticələr göstərib ki, iştirakçılar münasibətlərindən, həyatlarının mənasından, şəxsi bacarıqlarından və özünə hörmətlərindən nisbətən yüksək məmnunluq ifadə edirlər. Bununla belə, nikbinlik, emosional sabitlik və canlılıq kimi göstəricilər daha zəif olub.Tədqiqatçılar bunu insanların şəxsi həyatlarına müsbət yanaşmalarına baxmayaraq, siyasi və iqtisadi qeyri-sabitlik, gələcəklə bağlı qeyri-müəyyənlik və nəzarətlərindən kənar hadisələr səbəbindən stres yaşaması ilə əlaqələndirirlər.Araşdırmada sosial-iqtisadi vəziyyətin də psixoloji rifaha təsiri müəyyən edilib. Daha yüksək gəlirə malik olan və işləyən insanlar əqli sağlamlıq baxımından daha yaxşı nəticələr göstəriblər. Təhsil səviyyəsinin yüksəlməsi də daha yüksək rifah göstəriciləri ilə əlaqələndirilib. Eyni zamanda, digər insanlarla birlikdə yaşayanların göstəriciləri tək yaşayanlarla müqayisədə daha yüksək olub. Hibrid iş rejimində çalışanlar isə tamamilə distant işləyənlərdən daha yaxşı nəticələr nümayiş etdiriblər.Araşdırmanın diqqətçəkən nəticələrindən biri də yaşlı insanların bəzi əqli sağlamlıq göstəriciləri üzrə gənclərdən daha yüksək nəticələr əldə etməsidir. Bununla belə, müəlliflər ölkələr üzrə göstəricilərin birbaşa müqayisəsində ehtiyatlı olmağı tövsiyə edirlər. Onların fikrincə, iştirakçıların sorğuda iştirak motivasiyası və sosial mühit kimi amillər nəticələrə təsir göstərə bilər.Tədqiqatın müəllifləri vurğulayırlar ki, əqli sağlamlığın qorunması yalnız tibbi xidmətlərin yaxşılaşdırılması ilə məhdudlaşmamalıdır. İqtisadi təhlükəsizliyin təmin edilməsi, məşğulluq imkanlarının artırılması, sosial əlaqələrin gücləndirilməsi və insanların gələcəyə inamının bərpası da bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Müxbir- Günel Türksoy
Bu gün
2919 xəbər bu gün
Президент поздравил представителей религиозных конфессий с Днем народного единства.
Промежуточные выборы в США, изменившие расстановку политических сил в Конгрессе, могут повлиять на подход Вашингтона к Южному Кавказу и отношения с Азербайджаном. Усиление позиций демократов...
Böyük Britaniyanın Rusiya ilə müharibə aparmaq üçün kifayət qədər maliyyə və hərbi imkanları yoxdur.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının…
Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə müəllimin şagirdə fiziki zorakılıq göstərdiyi iddia olunur.
Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır. Bu barədə…
Qazaxda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb…
Norveçin "Vikinq" klubunun qapıçısı Arild Östbö "Bouvet" şirkətində IT məsləhətçisi kimi çalışır və hər iki işi paralel davam etdirir.
Demokrat Keti Hoxul çərşənbə axşamı keçirilən seçkilərdə Respublikaçı rəqibi Bryus A. Bleykemanı məğlub edərək Nyu-Yorkun qubernatoru seçilib. Bu barədə informasiya seçki nəticələri elan olunduqdan dərhal sonra təşkil…
Ermənistanın Baş naziri Nikol Paşinyan qanunsuz yolla əldə edilmiş əmlakın tam şəkildə geri qaytarılacağını bəyan edib. O, barışıq sazişi çərçivəsində qanunsuz əmlakın 25 faizinin şəxslərdə qalmasına imkan verən normanın…
Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyində daha bir sədr müavini təyin olunub. Sərəncama əsasən, bu vəzifəyə Zaur İlham oğlu Abişev təyinat alıb. Xatırladaq ki, dövlət başçısının ötən gün…
Kollektiv Təhlükəsizlik Şurası gündəlik təsdiqlənərsə, Rusiyanın təklifi ilə KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi məsələsinə baxacaq. İclasda İrəvanın üzvlük haqları və təşkilatın işində iştirak…
Tovuz rayonunda ev yanıb.
Uşaqlara şapalaq vurmaq, onların gələcək inkişaflarına mənfi təsir göstərir. Bu barədə informasiya London Universitet Kollecinin (UCL) tədqiqatçılarının araşdırmasında qeyd edilib. Xüsusi araşdırma 19 000 uşağı əhatə…
Humanitar Kollecdə bıçaqlanma hadisəsi ayın 2-də olub. Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdən məlumat…
Tbilisidə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb. Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur. Yanğın səbəbindən…
Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayış kompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2 otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri, eləcə də…
FIFA Azərbaycanda keçirilmiş U-15 dünya çempionatı və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə AFFA-ya təşəkkür edib. Bu barədə milli assosiasiya məlumat yayıb.FIFA Hakimlər Komitəsinin sədri Pyerluici…
Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır.Bu barədə Oxu24.com-a…
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən turizm imkanlarının genişləndirilməsi və stimullaşdırılması üçün 42,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.Sənəd…
Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib.Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İcra haqqında” qanuna əlavə edilən yeni – 46.1-ci maddədə əksini…
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:“Əs-səlamu əleykum və…
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:“Zati-aliləri.Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan…
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.Ölkənizin Zəfər…
90 yaşını qeyd edən yaşlı qadının Xalq artisti Röya Ayxana ünvanladığı səmimi sözlər diqqət çəkib. Nənə pop ulduza olan sevgisini etiraf edərək ona xoş arzularını çatdırıb. Yaşlı qadının bu ürəkdən gələn sözləri Röya…
Bəzi insanlar həyatlarında baş verən ən kiçik dəyişiklikləri belə başqaları ilə bölüşmək istəmirlər. Yeni münasibətə başlayırlar, amma heç kimə danışmırlar. İşdə uğur qazanırlar, lakin bunu gizli saxlayırlar. Hətta…
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub: "Zati-aliləri…
Müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan vətəndaşlar müəyyən müddət keçdikdən sonra yenidən hərbi təlimlərə çağırıla bilərlər. Bu çağırış isə bir çox şəxslərdə suallar yaradır. Xüsusilə, hərbi…
Türkiyəli aktrisa Cemre Baysel ilə futbolçu Emirhan Topçu arasında sevgi münasibəti olduğu barədə yayılan iddialar yenidən gündəmə gəlib. Bir müddət əvvəl birlikdə olduqları deyilən cütlüklə bağlı…
Sosial şəbəkələrdə tələbə qızların fotolarının icazəsiz paylaşıldığı, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur. Baku TV-yə istinadən, bəzi şəxslər qızların sosial şəbəkə…
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin Zəfər…
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. Qafqazinfo-ya istinadən, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz…
Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, o, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə…
Türk geyim şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlanır.
Bakıda 21 hektar ərazini əhatə edən Mərkəzi Park layihəsinin dördüncü mərhələsi həyata keçirilir.
Как сообщалось ранее, вчера в Баку автомобиль Toyota Prado сбил пешехода А.Абдуллаеву, которая перевозила младенца в детской коляске. Как передает Day.Az со ссылкой на Qafqazinfo, накануне около 09:40 в Республиканский…
Крупнейшие технологические компании мира увеличивают расходы на развитие искусственного интеллекта, однако масштабы инвестиций начинают вызывать вопросы у инвесторов относительно их окупаемости, прибыльности и финансовых…
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən, məktubda qeyd olunub: "Əs-səlamu əleykum və rəhmətullahi və…
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən, məktubda qeyd olunub: "Əs-səlamu əleykum və rəhmətullahi və…
Министерства по чрезвычайным ситуациям Азербайджана и России подписали Совместный план мероприятий на 2027-2029 годы. Об этом Day.Az сообщили в Министерстве по чрезвычайным ситуациям Азербайджана.
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən, məktubda qeyd olunub: "Zati-aliləri.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni…
Tbilisidəki Marionetlər Teatrının qülləsində qızılı qanadlı balaca mələk zəngi vuraraq vaxtı bildirir. Onun səsi sanki insanı Rezo Qabriadzenin ecazkar dünyasına dəvət edir. Uşaq qəlbli, cansız əşyalara həyat verməyi və…
Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır.
Mobil telefonlar artıq POS-terminal kimi istifadə oluna biləcək. Bununla bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib. Yeni qaydalar xüsusilə kiçik sahibkarlar üçün ödəniş imkanlarını…
Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayış kompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2 otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri, eləcə də…