Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.