“Kapital Bank” ASC-yə məxsus “Bir Kredit BOKT” MMC 2026-cı ilin birinci yarısını 472,1 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Əldə olunan mənfəət hesabına BOKT-nin yığılmış zərəri ilin əvvəlindəki 1 milyon 379,2 min manatdan 907,1 min manata enib. Beləliklə, yığılmış zərər 34,2% azalsa da, bir milyon manata yaxın olaraq qalıb.
Hesabat dövründə təşkilatın faiz gəlirləri 2 milyon 547,9 min manat, faiz xərcləri isə 888,6 min manat təşkil edib.
İyunun sonuna BOKT-nin aktivləri ilin əvvəli ilə müqayisədə 25,2% artaraq 136,1 milyon manata, öhdəlikləri isə 2,8 dəfə artaraq 28,7 milyon manata çatıb. Öhdəliklərin aktivlərə nisbəti 9,4%-dən 21,1%-ə yüksəlib.
Təşkilatın balans kapitalı 9,1% artaraq 107,4 milyon manat olub. Bu artımın 8,5 milyon manatı nizamnamə kapitalına əlavə vəsait qoyuluşu, 472,1 min manatı isə yarımillik mənfəət hesabına formalaşıb.
Qeyd edək ki, “Bir Kredit BOKT” MMC-nin kapitalının 100%-i “Kapital Bank”a məxsusdur. (Plat)