"Turan" "Maritsa"nı darmadağın etdi

Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olub. Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.

Xatırladaq ki, "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasını üstələyib - 3:0, 3:2.