İlyas Yalçıntaş sərbəst buraxıldı

Məşhurların da adının hallandığı narkotik maddələrlə bağlı istintaq çərçivəsində həbs olunan türkiyəli müğənni İlyas Yalçıntaşla bağlı qərar verilib.

Müğənni məhkəmənin ilk iclasında qəbul etdiyi aralıq qərarla sərbəst buraxılıb.

Ona qarşı məhkəmə prosesi bundan sonra müğənni azadlıqda olarkən davam edəcək.